Arxiv
22 Sentyabr 2020, 12:42 | AKTUAL
Prezident və birinci xanım yeni təcili yardım maşınları ilə tanış olublar - YENİLƏNİB

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Koronavirusla mübarizə çərçivəsində yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi iyul ayında, növbəti hissəsi isə indi gətirilib.

Yeni gətirilən avtomobillər həm sadə, həm də reanimobil kimi dəstləşdirilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir.

Avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdir. Belə ki, “Mercedes Sprinter 416” bazasında təcili tibbi yardım avtomobilləri (reanimobil) avadanlıq və burada göstərilən tibbi yardımın genişliyi baxımından digər ambulanslardan fərqlənir. Avtomobillər bir neçə xərəklə - əsas xərək, çoxfunksiyalı xərək (pilləsiz), scoop xərək, onurğa xərəyi, vakuum xərəyi və pompa, daşıma çadırı, üfürülən, dartma və vakuum şina dəstləri, defibrilyator, portativ süni tənəffüs aparatı, inqolyator, elektrokardioqram, reanimasiya çantası və s. vasitələrlə təchiz edilib.

“Ford Transit” bazasında təcili tibbi yardım avtomobilləri isə ana xərək və döşək, sovurma avadanlığı, oksigen balonu və s. ilə təchiz edilib.

Qeyd edək ki, Azərbaycan COVID-19-la ən səmərəli mübarizə aparan ölkələrdəndir. Hazırda ölkəmizdə koronavirus xəstələri üçün 46 xəstəxana xidmət göstərir. Pandemiya dövründə laboratoriyaların sayı isə 6-dan 45-ə çatdırılıb. Modul tipli 11 xəstəxana və 2 hospital istifadədir. Ölkə üzrə aparılan test sayı isə 1 milyonu ötüb. Həyata keçirilən tədbirlərin əsas məqsədi Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı 28 Oktyabr 2020, 09:25 Ermənistan ordusu döyüşməkdən imtina edir - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 09:00 Düşmənin bu gecə məhv edilən texnikasının SİYAHISI  28 Oktyabr 2020, 08:55 Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR 28 Oktyabr 2020, 08:49 Düşmən beş rayonumuzda itki verib geri çəkildi - RƏSMİ 28 Oktyabr 2020, 08:42 Əlcəzair Prezidenti hospitalizə edilib 28 Oktyabr 2020, 08:00 Tərtər artilleriya atəşinə tutulub - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 07:53 Cəbhədə raket və minalar aşkarlandı - FOTOLAR 28 Oktyabr 2020, 07:20 “Uşağı görəndə...” - Bərdədə həlak olan Aysunun atası - VİDEO 28 Oktyabr 2020, 01:03 Azərbaycan və Ermənistan səfirləri Berlində debata çıxdılar 28 Oktyabr 2020, 01:00 Hakerlər PSJ-nin transfer pulunu oğurladı 28 Oktyabr 2020, 00:51 Kreml açarını itirib 28 Oktyabr 2020, 00:41 “Düşmənin heç bir istiqamətdə əks-hücum cəhdinin perspektivi yoxdur” - Hərbçi ŞƏRHİ 28 Oktyabr 2020, 00:33 Ermənistanın imtina etdiyi yaşlı qadın: “Məni evin zirzəmisində qoyub qaçdılar” - VİDEO 28 Oktyabr 2020, 00:30 Cəbhə gündəliyi: 27 oktyabrda nələr oldu... 28 Oktyabr 2020, 00:17 Tramp Qarabağda atəşkəsin pozulmasından məyus olub 28 Oktyabr 2020, 00:12 Akar Özbəkistan prezidenti ilə hərbi əməkdaşlığı müzakirə etdi 28 Oktyabr 2020, 00:05 Mehriban Əliyevadan Bərdə PAYLAŞIMI 27 Oktyabr 2020, 23:54 Messi Bartomeuya qalib gəldi - “Barselona”nın prezidenti istefa verdi 27 Oktyabr 2020, 23:48 Ceyhun Bayramovdan Türkiyəyə təşəkkür - FOTO 27 Oktyabr 2020, 23:31 Ərdoğan Putinlə Qarabağı müzakirə etdi 27 Oktyabr 2020, 23:20 Paşinyan erməni hərbçiləri hədələdi 27 Oktyabr 2020, 23:10 Astarada yaşayış binasında yanğın - sakinlər təxliyə edildi 27 Oktyabr 2020, 23:01 Əlcəzair prezidenti hərbi hospitala yerləşdirildi 27 Oktyabr 2020, 22:58 Dünya çempionu karantinə alındı 27 Oktyabr 2020, 22:47 Ceyhun Məmmədov “Arabi21” saytının suallarını cavablandırıb 27 Oktyabr 2020, 22:42 Bərdənin 3 kəndində raket qalıqları tapıldı 27 Oktyabr 2020, 22:36 Təhsil naziri həlak olan 7 yaşlı Aysudan yazdı 27 Oktyabr 2020, 22:28 Erməni generalının kül olmuş avtomobili - FOTO 27 Oktyabr 2020, 22:15 Ermənilər Bərdəyə qadağan olunmuş “Smerç” raketi atıb - ANAMA 27 Oktyabr 2020, 22:07 Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralanıb - FOTO 27 Oktyabr 2020, 21:50 Ermənistanda fərarilik artır - parlament cəzaları sərtləşdirdi 27 Oktyabr 2020, 21:42 Türkiyədən Bərdə bəyanatı 27 Oktyabr 2020, 21:31 Teledərslərin sabaha olan CƏDVƏLİ 27 Oktyabr 2020, 21:24 “Ermənistan hökuməti PKK terrorçularını Şuşaya yerləşdirib” 27 Oktyabr 2020, 21:10