Modern.az

Türkiyədə son sutkada daha 65 nəfər koronavirusdan öldü

Türkiyədə son sutkada daha 65 nəfər koronavirusdan öldü

Aktual

22 Sentyabr 2020, 20:41

Türkiyədə son sutka ərzində daha 65 nəfər koronavirusdan ölüb.


Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 7 639  nəfərə çatıb:

"Bu gün ölkədə  koronavirus testindən  keçən 114 311  nəfərdən 1 692-nin cavabı pozitiv çıxıb.  Bununla da ölkədə koronavirusa yoluxanların sayı 306 302  nəfərə çatıb.
Müalicə olunan 1 261  xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 269 696  nəfər təşkil edir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi