Modern.az

Ermənistanda koronavirusa yoluxanların sayı 49 mini ötüb

Ermənistanda koronavirusa yoluxanların sayı 49 mini ötüb

26 Sentyabr 2020, 11:18

Ermənistanda daha 429 nəfərdə koronavirus aşkarlanıb.

 

Modern.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 49 072-yə yüksəlib.

 

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 948-ə çatıb. İndiyədək 43 576 nəfər infeksiyadan sağalıb.

 

Hazırda Ermənistanda 4 253 aktiv koronavirus xəstəsi var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır