Modern.az

“Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar keçirir” - Gürcüstan parlamentinin deputatı

 “Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar keçirir” - Gürcüstan parlamentinin deputatı

27 Sentyabr 2020, 20:20

“Azərbaycanın öz ərazi bütövlüyünün bərpa olunması yönündə apardığı uğurlu hərbi əməliyyatlar onu deməyə əsas verir ki, bölgəmizdəki bu kimi münaqişələr tezliklə öz həllini tapmalıdır”.
Modern.az  xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev bildirib.



Onun sözlərinə görə, münaqişələr həll olunmadığı halda silaha əl atmaq məcburiyyətində qalınır: “Bu gün Abxaziyanın işğal olunduğu gündür. Təəssüflər olsun ki, Gürcüstan da separatizmdən əziyyət çəkən dövlətlər sırasındadır.  Azərbaycanın ərazi bütövlüyünün bərpasının tez bir zamanda Gürcüstanın ərazi bütövlüyü məsələsinin həllinə yol açacağına inanıram”. (Report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?