Arxiv
28 Sentyabr 2020, 20:51 | AKTUAL
Ombudsman artilleriya atəşinə məruz qalmış mülki obyektlərə baş çəkib

Məlum olduğu kimi, 2020-ci il 27 sentyabr tarixində saat 06:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, mülki yaşayış məntəqələrini və obyektləri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Elə həmin tarixdə Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində cəhbə ərazisi olmayan Naftalan şəhərinin Qaşaltı kəndində ikisi uşaq, ikisi ahıl, biri gənc olmaqla bütöv bir ailə (Qurbanov Elbrus İsa oğlu, onun həyat yoldaşı Qurbanova Şəfayət Novruz qızı, gəlini Əmirova Afaq Dəmir qızı, orta məktəb şagirdləri olan nəvələri 2006-cı il təvəllüdlü Qurbanova Fidan Elşən qızı və 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar Nadir oğlu) həlak olub.

Ombudsman Aparatından  Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın təxribatçı hərəkətləri nəticəsində insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan son hadisələrlə bağlı qeyd olunan faktları yerində araşdırmaq məqsədilə artilleriya atəşinə məruz qalmış mülki obyektlərə səfər edib.


Ombudsman Ermənistan silahlı qüvvələrinin mülki əhalinin yaşadığı Qaşaltı kəndini atəşə tutması nəticəsində dinc sakinlərin həlak olduğu əraziyə, habelə ağır artilleriya atəşi ilə dağıdılmış evə baş çəkərək vəziyyətlə yerində tanış olub və mülki əhali ilə görüşüb.


Ermənistan silahlı qüvvələrinin insanların sıx yaşadığı yerləri və obyektləri intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçular həlak olub və yaralanıb, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.



Ermənistanın növbəti dəfə mülki əhalini qəsdən hədəfə alması beynəlxalq hüquq normalarının, o cümlədən beynəlxalq humanitar hüququn, Cenevrə konvensiyalarının müvafiq müddəalarının kobud surətdə pozulmasıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Haqq savaşımızda ləyaqət nümunəsi - VİDEO 28 Oktyabr 2020, 12:50 Məktəblərdə işğaldan azad olunan ərazilər haqqında bülletenlər hazırlanacaq 28 Oktyabr 2020, 12:36 Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır 28 Oktyabr 2020, 12:30 Son bir ayda doğulan oğlanlara qoyulan adlar: UĞUR... 28 Oktyabr 2020, 12:28 Edinburq şəhərində Gəncə terroru pisləndi 28 Oktyabr 2020, 12:24 “Atamın istəyi o idi ki, Qubadlıda şəhid olsun” - Şükür Həmidovun oğlu 28 Oktyabr 2020, 12:20 Nazirlik əhaliyə MÜRACİƏT ETDİ: Düşmən böyük şəhərlərimizdə təxribat törədə bilər! 28 Oktyabr 2020, 12:14 İlham Əliyev “İnterfaks”a müsahibə verib 28 Oktyabr 2020, 12:08 Kəlbəcər necə qurulacaq… - İcra başçısının I müavini, deputat və ağsaqqalın ARZULARI 28 Oktyabr 2020, 12:03 Nəsiman Yaqublu Beynəlxalq konfransda erməni terrorunu pisləd 28 Oktyabr 2020, 12:00 Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olundu - FOTO 28 Oktyabr 2020, 11:55 Paşinyan daha bir vəzifəli şəxsi işdən çıxardı 28 Oktyabr 2020, 11:50 “İlham Əliyevə və Ərdoğana sona qədər güvənməliyik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 11:44 Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə hesabları 28 Oktyabr 2020, 11:39 ADU-nun Konfutsi İnstitutu Sumqayıtda onlayn tədbir keçirilib 28 Oktyabr 2020, 11:34 Ordumuz Bərdənin qisasını belə aldı - VİDEO  28 Oktyabr 2020, 11:28 Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdu - RƏSMİ 28 Oktyabr 2020, 11:20 Biz bu işin zəruriliyini anladıq - “Voice of Karabagh” platformasının qurucusu 28 Oktyabr 2020, 11:14 Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 69-a çatdı   28 Oktyabr 2020, 11:08 Ermənistanda daha 2241 nəfər koronavirusa YOLUXDU 28 Oktyabr 2020, 11:02 Azərbaycan Müdafiə Nazirliyi: “Ordumuza məxsus PUA vurulmayıb” 28 Oktyabr 2020, 10:57 Dünya tarixində ən böyük metro faciəsindən 25 il ötür - FOTO 28 Oktyabr 2020, 10:52 Atəşkəs dövründə öldürülən azərbaycanlılar... 28 Oktyabr 2020, 10:46 “Qarabağın məşhur müəllimləri” - Əbdürrəhim bəy Haqverdiyev 28 Oktyabr 2020, 10:40 “Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir!” - Məhərrəm Əliyev 28 Oktyabr 2020, 10:34 Azərbaycanlı deputatlar Moldovaya gedir 28 Oktyabr 2020, 10:28 Rusiya Tu-154 təyyarəsi ilə vidalaşır - Sonuncu reys 28 Oktyabr 2020, 10:23 Düşmənin Qubadlıda atıb qaçdığı hərbi texnikanın VİDEO görüntüləri 28 Oktyabr 2020, 10:18 Lev Tolstoyun qızı erməni vəhşilikləri HAQQINDA 28 Oktyabr 2020, 10:12 ABŞ-da 70 milyon seçici vaxtından əvvəl səs verib 28 Oktyabr 2020, 10:06 Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib 28 Oktyabr 2020, 10:00 Ermənistan atəşkəs rejimini pozmaqda davam edir 28 Oktyabr 2020, 09:54 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 28 Oktyabr 2020, 09:48 “Cəbhədən həyat yoldaşını gözləyən gəlin statusu hər xanıma qismət olmur, biz buna görə xoşbəxtik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 09:42 Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir” 28 Oktyabr 2020, 09:36