Modern.az

Paşinyan Putinlə telefonda nə danışıb?

Paşinyan Putinlə telefonda nə danışıb?

Qarabağ

30 Sentyabr 2020, 10:37

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə etdiyi telefon zəngləri barədə danışıb.

 

Modern.az xəbər verir ki, rusiyalı jurnalistlərə geniş müsahibə verən erməni hökumət başçısı Rusiyanın Qarabağ döyüşlərinə hərbi müdaxiləsi barədə danışmadıqlarını xatırladıb.

“Gündəmdə belə bir mövzu yoxdur”.

 

Paşinyan münaqişə bölgəsinə sülhməramlı qüvvələrin yerləşdirilməsinə də ehtiyac olmadığını xatırladıb.

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti siyasi məsələdir. Müraciət etmək üçün çatacaq məqamın müddəti barədə bir söz demək çətindir. Ümumi siyasi kontekstdən asılı olaraq təhlükəsizliyimiz üçün bütün variantları gözdən keçiririk”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir