Modern.az

Gömrük Komitəsinin 50 nəfər əməkdaşı könüllü olaraq ordu sıralarına qatılıb

Gömrük Komitəsinin 50 nəfər əməkdaşı könüllü olaraq ordu sıralarına qatılıb

1 Oktyabr 2020, 18:45

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi istiqamətində başlatdığı əkshücum əməliyyatlarında könüllü iştirak etmək üçün müraciət edən Dövlət Gömrük Komitəsinin əməkdaşlarından 50 nəfəri böyük ruh yüksəkliyi ilə hərbi hissələrə yola düşüblər.

 

Modern.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin bütün əməkdaşları Azərbaycan ordusunun qələbələrindən böyük qürur hissi duyur və səbirsizliklə cəbhəyə yollanacaqları anı gözləyirlər.

 

Qələbə sənindir, Azərbaycan Əsgəri!

 

Qarabağ Azərbaycandır!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir