Modern.az

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - XİN

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - XİN

Aktual

2 Oktyabr 2020, 13:48

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

 

Modern.az-ın məlumatına görə, bu barədə ölkənin Xarici İşlər və Ticarət Nazirliyinin bəyanatında deyilir.

 

Bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşir:

 

“Macarıstan beynəlxalq hüququn ümumi prinsipi kimi dövlətlərin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Macarıstan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında eskalasiyanın azaldılması və münaqişənin ATƏT Minsk qrupu həmsədrlərinin məşvərətləri çərçivəsində danışıqlar yolu ilə həllinə çağırışları dəstəkləyir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu