Modern.az

Azərbaycanda virusa yoluxma azaldı - daha 2 nəfər öldü

Azərbaycanda virusa yoluxma azaldı - daha 2 nəfər öldü

16 Oktyabr 2020, 15:36

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma (dünən 530 yoluxma) faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 43789 nəfər koronavirus infeksiyasına yoluxub.

 

Onlardan 39800 nəfər müalicə olunaraq sağalıb, 621 nəfər vəfat edib, aktiv xəstə sayı 3368 nəfərdir.

 

Ölkədə son sutka ərzində 7878, hazırkı dövrədək isə 1209802 test aparılıb.



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi