Arxiv
17 Oktyabr 2020, 14:54 | DİASPOR
Yaponiyalı səfirə Ermənistanın təxribatları barədə məlumat verilib

“Ermənistan 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır, ölkəmizə qarşı hərbi təxribatlar həyata keçirir, BMT Təhlükəsizlik Şurasının qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələrinə məhəl qoymur. Son günlər Ermənistan silahlı qüvvələri Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni dəfələrlə raket atəşinə tutub, raket zərbələri nəticəsində mülki şəxslər və azyaşlı uşaqlar həlak olub, Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə  görüşündə söyləyib.

Komitə sədri bildirib ki, sentyabrın 27-dən başlayaraq Ermənistan hərbi birləşmələri yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutur, mülki şəxsləri, azyaşlıları qətlə yetirir. Ermənistan ərazisindən Azərbaycanın qədim şəhəri Gəncədə çoxmənzilli yaşayış binaları raket zərbəsinə məruz qalıb, mülki şəxslər, uşaqlar qətlə yetirilib. Bu, soyqırım və vandalizm aktıdır.

O, qeyd edib ki, Azərbaycan Ordusu ölkəmizin hüdudları çərçivəsində düşmənə qarşı uğurlu əks-hücumlar həyata keçirərək, işğal altında olan torpaqlarımızın artıq bir hissəsini azad edib. Bu, Azərbaycanın  beynəlxalq səviyyəsində tanınan ərazi bütövlüyünü bərpa etmək məqsədi daşıyır.

 

F.Muradov Azərbaycan rəhbərliyinin Yaponiya ilə əlaqələrin inkişafına hər zaman xüsusi əhəmiyyət verdiyini və  əməkdaşlığı genişləndirmək yolunda addımlar atıldığını diqqətə çatdırıb.

Səfir V.Cüniçi Azərbaycanda diplomatik fəaliyyəti dövründə  diaspor siyasəti sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin geniş müstəvidə təşkili üçün səylərini artırmaq əzmində olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanın diaspor siyasəti, son illər həyata keçirilən uğurlu layihələr, dünya azərbaycanlılarını birləşdirən platformalar barədə danışılıb,  Yaponiyada yaşayan, təhsil alan azərbaycanlıların, eləcə də Azərbaycanı  sevən yaponiyalıların fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

 Görüşdə Yaponiya səfirinin birinci katibi
Sugioka Mani də  iştirak edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Barselona” səfərdə xal itirdi 1 Noyabr 2020, 01:54 Pep Qvardiola “Barselona”ya qayıdır? 1 Noyabr 2020, 01:46 Cəbhə gündəliyi: 31 oktyabrda nələr oldu... 1 Noyabr 2020, 01:40 Gəncədə evdən kişi meyiti tapıldı 1 Noyabr 2020, 00:59 10 yaşlı braziliyalıdan Azərbaycan ordusuna dəstək - FOTO 1 Noyabr 2020, 00:48 Dünyada bir gündə rekord sayda yoluxma baş verdi 1 Noyabr 2020, 00:41 Avropanın bu ölkəsində də karantin elan edildi 1 Noyabr 2020, 00:29 Bakılı Olimpiya çempionu Almaniyada baş məşqçi təyin olundu 1 Noyabr 2020, 00:15 Paşinyan bu gecə Şuşa Qalasından yerə çırpılmış olacaq 1 Noyabr 2020, 00:07 Abşeronda 11 yaşlı uşaq bıçaqlandı 1 Noyabr 2020, 00:01 İranda yenidən karantin rejimi tətbiq olunacaq 31 Oktyabr 2020, 23:53 İzmirdəki zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB 31 Oktyabr 2020, 23:41 İngiltərədə bir aylıq karantin elan edildi 31 Oktyabr 2020, 23:38 “Siz başa düşmürsünüz ki, vay bizim halımıza?!” - Levon Ter-Petrosyan 31 Oktyabr 2020, 23:20 Baş Prokurorluğun cinayət işi açdığı separatçı Gürcüstan vətəndaşlarını döyüşə çağırır - FOTO 31 Oktyabr 2020, 23:04 Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır - Müdafiə Nazirliyi 31 Oktyabr 2020, 22:48 Soydaşlarımız Gürcüstandakı seçkilərdə aşağı fəallıq göstərdilər 31 Oktyabr 2020, 22:46 “Paşinyanın məntiqsiz davranışı hər gün daha çox qurbanlara səbəb olur” 31 Oktyabr 2020, 22:35 “Vətəndaşlara dəyən bütün maddi ziyan dövlət tərəfindən ödəniləcək” 31 Oktyabr 2020, 22:21 “Qalatasaray” 3-cü pilləyə yüksəldi 31 Oktyabr 2020, 22:11 “Gürcüstanda hakimiyyət dəyişir” - Saakaşvili 31 Oktyabr 2020, 22:00 Ərdoğanın sözçüsü koronavirusa yoluxdu 31 Oktyabr 2020, 21:50 Əlcəzair milli bayramını qeyd edir 31 Oktyabr 2020, 21:39 Türkiyədən “Şarli Hebdo”ya ETİRAZ: “İki milyarda yaxın müsəlmana hörmətsizlikdir” 31 Oktyabr 2020, 21:28 Müdafiə Nazirliyi nümunəvi minaatanlarımızın görüntülərini yaydı - VİDEO 31 Oktyabr 2020, 21:09 Ərdoğan zəlzələ bölgəsinə getdi 31 Oktyabr 2020, 21:02 “Gürcü Arzusu” qələbəsini qeyd edir 31 Oktyabr 2020, 20:55 İstanbulda “Qarabağ Azərbaycandır” deyildi - FOTO 31 Oktyabr 2020, 20:48 “Karikaturaların dərc edilməsinin tərəfdarı deyiləm” - Makron 31 Oktyabr 2020, 20:39 Şotlandiyada Ermənistanın müharibə cinayətlərinə qarşı etiraz aksiyası keçirilib - FOTO 31 Oktyabr 2020, 20:27 Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO 31 Oktyabr 2020, 20:01 İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir 31 Oktyabr 2020, 19:56 Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!!! 31 Oktyabr 2020, 19:51 Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsinə qarşı QHT-lərin BƏYANATI 31 Oktyabr 2020, 19:47 Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib 31 Oktyabr 2020, 19:27