Modern.az

Gəncənin atəşə tutulmasını qəti şəkildə qınayırıq - Ukraynanın Bakıdakı səfirliyi

Gəncənin atəşə tutulmasını qəti şəkildə qınayırıq - Ukraynanın Bakıdakı səfirliyi

Aktual

17 Oktyabr 2020, 21:18

Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi dinc əhalinin həlakına və yaralanmasına, eləcə də onların evlərinin dağılmasına səbəb olmuş Azərbaycanın Gəncə şəhərinin növbəti dəfə atəşə tutulmasını qəti şəkildə qınayır.

 

Modern.az xəbər verir ki, bu barədə Səfirliyin bəyanatında deyilir.

 

"Mülki obyektlərə və dinc əhaliyə yönəlmiş hər-hansı hücumlar əsassızdır və dərhal dayandırılmalıdır.

Həlak olanların ailələrinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, yaralıların tez bir zamanda sağalmasını diləyirik", - deyə bəyanatda bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI