Modern.az

ANAMA: Ermənilərin Xızıya atdığı \"S-300\" raketinin qalıqları götürülür  

ANAMA: Ermənilərin Xızıya atdığı \

18 Oktyabr 2020, 17:01

“Bu gün saat 13.00 radələrində Xızı rayonu ərazisinə S-300 raketinin qalıqlarının düşdüyü barədə məlumat daxil olub. Sitalçay ərazisində "S-300" raketinin qalıqları aşkarlanıb”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

 

İ. İsmayılov deyib ki, hazırda raketin hissələrinin götürülməsi həyata keçirilir: “Raket Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulub”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır