Modern.az

Tiflis teleqülləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı

Tiflis teleqülləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı

Aktual

18 Oktyabr 2020, 20:29

Gürcüstanın paytaxtı Tiflisin ən yüksək nöqtəsində yerləşən teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

 

Modern.az xəbər verir ki, Mtatsminda parkında yerləşən teleqüllə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə axşam saatlarından etibarən Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.

 

Qeyd edək ki, Azərbaycanın Dövlət Müstəqilliyi Günü və 28 May Respublika Günü münasibətilə Tiflisdəki sözügedən qüllənin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması ənənə halını alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu