Arxiv
18 Oktyabr 2020, 21:41 | AKTUAL
Ceyhun Bayramov Aİ rəsmisinə Ermənistanın hərbi cinayətlərindən danışdı

Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, telefon danışığı zamanı tərəflər bölgədəki son vəziyyət barədə fikir mübadiləsi aparıblar.

 

Ceyhun Bayramov şənbə günü, humanitar atəşkəs barədə ikinci razılığın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Cəbrayıl rayonu istiqamətində Azərbaycan mövqelərinə hücum etdiyini, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində Gədəbəy və Tovuz rayonlarını atəşə tutduğunu Ali Nümayəndənin diqqətinə çatdırıb. Nazir humanitar atəşkəs rejimini pozmaqla Ermənistanın beynəlxalq hüquqa, eləcə də beynəlxalq humanitar hüquqa dair öhdəliklərinə riayət etmədiyini bir daha nümayiş etdirdiyini vurğulayıb.

 

Ali nümayəndə Cosef Borel, Aİ-nin sözçüsünün Gəncə şəhəri ilə bağlı açıqlamasına toxundu və mülki insanları və mülki obyektləri hədəf almağın qəbuledilməz olduğunu vurğulayıb. O, hər iki tərəf ilə razılaşdırılmış humanitar atəşkəsin tətbiq olunmasının vacibliyini vurğuladı və münaqişənin həlli üçün mahiyyət üzrə danışıqların zəruriliyini qeyd edib.

 

Nazir Ceyhun Bayramov, Azərbaycanın Gəncə şəhərinə hücum və mülki şəxslərin hədəf alınması ilə bağlı bəyanatla çıxış etdiyi üçün Avropa İttifaqının ali nümayəndəsinə təşəkkürünü bildirib. Nazir, bu hərbi cinayətə görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49 Paytaxtda COVID-19-a ən çox yoluxma bu rayondadır - STATİSTİKA 25 Oktyabr 2020, 09:46 “Hərbi sirri paylaşma, sakit dur!” - FOTO 25 Oktyabr 2020, 09:33 Qarabağda döyüşən erməni müğənni silahını atıb qaçdı 25 Oktyabr 2020, 09:27 Kiyevin meri koronavirusa yoluxdu 25 Oktyabr 2020, 09:23 Ceyhun Bayramov: “Azərbaycan mütləq şərt yoxdursa..." 25 Oktyabr 2020, 09:16 Ronaldu Həbibi təbrik etdi 25 Oktyabr 2020, 09:08 Şimali Kiprdə Qarabağa dəstək mitinqi  25 Oktyabr 2020, 09:00 "Böyük Dəbilqə"nin qalibi  mükafatını əsgərlərimizə göndərəcək 25 Oktyabr 2020, 08:58 “Samsung”un rəhbəri vəfat etdi 25 Oktyabr 2020, 08:44 Cəbhəyanı rayonlarda 9 partlamamış hərbi sursat aşkarlandı 25 Oktyabr 2020, 08:37 Dünyada koronavirusa yoluxma sayında rekord artım 25 Oktyabr 2020, 08:34 Rusiyada məşhur deputat güllələndi 25 Oktyabr 2020, 08:32 Müdafiə Nazirliyi: Düşmən qüvvələri Ağdərə və Xocavənddə məhv edildi 25 Oktyabr 2020, 08:29 Makqreqor Həbibi təbrik etdi 25 Oktyabr 2020, 08:18 Nüvə silahlarını qadağan edən  müqavilə bu tarixdə  qüvvəyə minəcək 25 Oktyabr 2020, 08:15 Ordumuz Laçında  xeyli  irəlilədi, düşmən Ağdərədə ağır itkilər verdi - RƏSMİ 25 Oktyabr 2020, 08:14