Modern.az

Koronavirusa yoluxma azaldı - Bu günün STATİSTİKASI

Koronavirusa yoluxma azaldı - Bu günün STATİSTİKASI

Hadisə

19 Oktyabr 2020, 15:30

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 45 295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40 144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib, aktiv xəstə sayı 4 521 nəfərdir.

 

Ölkədə son sutka ərzində 4612, hazırkı dövrədək isə 1232636 test aparılıb.

 

Xatırladaq ki, dünənki yoluxma 640 nəfər təşkil edirdi...

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir