Arxiv
22 Oktyabr 2020, 10:24 | İQTİSADİYYAT
Azad edilmiş ərazilərdə hansı mobil operator işləyəcək? - Şirkətlərdən AÇIQLAMA

Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev hər gün yeni-yeni kəndlərin, şəhərlərin işğaldan azad olunduğunu böyük fəxarət hissilə elan edir. Torpaqlarımızın hər qarışı azad olunduqca, insanların qurub-yaratmaq eşqi daha da artır.

 

Təbii ki, erməni vandalları tərəfindən dağıdılan infrastrukturun qısa müddətdə bərpası üçün dövlət və hökumət tərəfindən müəyyən işlərə başlanılıb. Maraqlıdır, Azərbaycanın mobil operatorları işğaldan azad edilmiş torpaqlarımızda işlərini necə quracaqlar?

 

“Bakcell”in mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq, bildirilib ki, şirkət cəbhədə Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə irəliləyən Ordumuza dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna ümumi 1 milyon 500 min manat məbləğində vəsait köçürüb:

 

 

“Bu məbləğ Bakcell şirkətinin daxil olduğu “NEQSOL Holding” tərəfindən ayrılmış 2.5 milyon manat məbləğində ümumi büdcə çərçivəsində fondun hesabına köçürülüb. 

 

Bununla yanaşı, şirkət bu günlərdə Ordumuza və xalqımıza dəstək məqsədilə bir sıra layihələr həyata keçirir. Təbii ki, biz işğaldan azad olunmuş torpaqlarımızda Bakcell şəbəkəsinin qurulması istiqamətində böyük işlər görməyi planlaşdırırıq.

 

2017-ci ildə Bakcell şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq, orada mobil rabitə şəbəkəsini təkmilləşdirib. Bu təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə Cocuq Mərcanlıda insanların kəsintisiz mobil rabitə xidməti ilə təmin olunması üçün ərazidə yeni baza stansiyası qurulub. Daha sonra Bakcell şirkəti işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə köçürülən ilk sakinlər üçün xüsusi tarif hazırlayıb.

 

Azərbaycanın torpaqlarının azad olunmasından sonra Bakcell böyük qurur hissi ilə Azərbaycan Respublikasının bütün ərazisində üstün müştəri təcrübəsi və ən yüksək keyfiyyətli mobil rabitə xidmətlərini təmin etməyə davam edəcək”.

 

“Nar”ın mətbuat xidmətindən bildirilib ki, şirkət işğaldan azad edilmiş ərazilərdə müasir şəbəkə infrastrukrunun yaradılması layihəsinin planlaşdırma işlərini artıq yekunlaşdırıb:

 

 

“Bu ərazilərdə təhlükəsizlik qaydaları və müvafiq dövlət icazələri alındıqdan dərhal sonra şəbəkə infrastrukturunun quraşdırılmasına başlanacaq. Azad edilmiş əraziləri kəsintisiz rabitə və 4G (LTE-A) texnologiyasına əsaslanan yüksək keyfiyyətli internetlə təmin edəcəyik. Qeyd etmək istərdik ki, hazırda cəbhəboyu əraziləri kəsintisiz rabitə ilə təmin etməklə yanaşı, bu ərazilərdə düşmən atəşinə məruz qalan sakinləri dəstəkləməkdə davam edirik.

 

Hərbi əməliyyatların başladığı dövrdən etibarən biz xalqın qələbə ruhunu daha da yüksəltmək üçün bütün kommunikasiyalarımızda “Qələbə bizimdir!” şüarını istifadə edirik və həmçinin, “Nar” loqosunun rənglərini üçrəngli bayrağımızın rənglərilə əvəz etmişik. Bundan başqa, şirkətimiz cəbhəboyu ərazilərdə müxtəlif sosial layihələrin həyata keçirməyə davam edir. Eyni zamanda, düşmən atəşinə məruz qalmış bir çox şəhər sakinləri şirkətimiz tərəfindən pulsuz rabitə ilə təmin edilib.

 

Bu ərazilərdə təhlükəsizlik qaydaları və müvafiq dövlət icazələri alındıqdan dərhal sonra şəbəkə infrastrukturunun quraşdırılmasına başlanacaq.

 

Cəbhəyanı bölgələrdə yaşayan əhalinin bu günlərdə öz yaxınları ilə mütəmadi əlaqəsini təmin etmək üçün bu ərazilərdəki və həmçinin, cəbhə xəttindən uzaq olmağına baxmayaraq, düşmən atəşinə məruz qalan Gəncə şəhərindəki abunəçilərimizin balansına 100 ölkədaxili danışıq dəqiqəsi və 100 SMS əlavə etmişik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Biləsuvarda ağır qəza, bir ölü, iki yaralı 28 Noyabr 2020, 18:36 İşğaldan azad olunmuş ərazilərə gedənlərə - Xəbərdarlıq 28 Noyabr 2020, 18:10 Sabiq məmur ailəsi ilə birgə Füzulidə minaya düşdü 28 Noyabr 2020, 17:58 "Qızıl Xaç"dan TƏBİB-ə tibbi yardım ianəsi 28 Noyabr 2020, 17:51 Azərbaycanda koronavirusa 1 gündə 4200-dən çox insan YOLUXDU 28 Noyabr 2020, 17:23 Prezidentin köməkçisi Ağdam stadionunda futbol oynadı - VİDEO 28 Noyabr 2020, 17:16 Avropa Müsəlman Forumunun rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib 28 Noyabr 2020, 17:13 Eks-nazir Qarabağın Ermənistan üçün iqtisadi önəmindən danışdı 28 Noyabr 2020, 17:05 Fransanın təcavüzkarlığı və separatizmi dəstəkləməsi qəbuledilməzdir   28 Noyabr 2020, 17:00 “AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib 28 Noyabr 2020, 16:52 Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - RƏSMİ 28 Noyabr 2020, 16:46 "Qarabağ"ın futbolçuları Ağdam məscidində namaz qıldı 28 Noyabr 2020, 16:30 Moskva ümidləri doğrultmadı: Ərdoğan Qərblə münasibətləri yaxşılaşdıracaq 28 Noyabr 2020, 16:21 Hikmət Hacıyev, xarici diplomatlar və "Qarabağ" klubu Ağdamda... - FOTOLAR 28 Noyabr 2020, 15:50 Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək 28 Noyabr 2020, 15:25 İranda 391 nəfər koronavirusdan ölüb 28 Noyabr 2020, 15:15 İqtisadi Şurada azad olunmuş ərazilərlə bağlı MÜZAKİRƏLƏR 28 Noyabr 2020, 15:03 Dünyanın dəhşətli koronavirus STATİSTİKASI 28 Noyabr 2020, 14:51 Füzulidə koronaviruslu xəstə qanunu pozdu 28 Noyabr 2020, 14:46 Fransanın Türkiyə və Azərbaycana qərəzi nə ilə bağlıdır? – Politoloq ŞƏRHİ 28 Noyabr 2020, 14:42 Məğrur duruşlu Azərbaycan ANASI... 28 Noyabr 2020, 14:40 Ermənistanlı əsgər anaları övladlarının Qarabağdan çıxarılmasını TƏLƏB EDİR 28 Noyabr 2020, 14:35 “Vətəndaş Ruslan Quliyev polis təzyiqinə məruz qalmayıb” - TƏKZİB 28 Noyabr 2020, 14:29 Abşeronda və Bakıda koronaviruslu xəstələrə cinayət işi açıldı 28 Noyabr 2020, 14:22 Qənirə Paşayeva şəhid Xəyal Şəkərovdan YAZDI 28 Noyabr 2020, 14:01 Yerevanda əsgər anaları növbəti aksiya keçirir 28 Noyabr 2020, 13:53 Xarici diplomatlar Tərtərdə erməni vandalizminin nəticələri ilə tanış oldular - YENİLƏNİB 28 Noyabr 2020, 13:41 Gəncədə koronavirusla mübarizə tədbirləri davam edir 28 Noyabr 2020, 13:40 Deputatdan TƏKLİF: “Erməniləri susdurmaq üçün bu yoldan istifadə etməliyik” 28 Noyabr 2020, 13:31 Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır 28 Noyabr 2020, 13:18 DİN Sumqayıtın polis rəisi ilə bağlı yayılan məlumatı təkzib etdi 28 Noyabr 2020, 13:06 44 gündə 16 min mərminin atıldığı ŞƏHƏR 28 Noyabr 2020, 12:55 Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib 28 Noyabr 2020, 12:44 Sabahın hava proqnozu açıqlanıb 28 Noyabr 2020, 12:33 Aqil Abbas Ağdamı ziyarət etdi 28 Noyabr 2020, 12:26
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?