Arxiv
22 Oktyabr 2020, 16:38 | DİASPOR
Azərbaycanlı xanım Amerika dövlət proqramının seçilən siması oldu

ABŞ Dövlət Departamentinin Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramının (IVLP) 80 illik yubileyi münasibətilə seçilən 80 uğurlu siması arasında (#FacesofExchange) Azərbaycandan olan iştirakçı - Ellada Mustafayeva da yer alıb. Bu barədə məlumat ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun rəsmi saytında qeyd olunub.

Modern.az xəbər verir ki, 1940-cı ildə təsis olunan proqramın 225.000-dən çox məzunu arasından seçilən 80 simadan biri olan Ellada Mustafayeva 2017-ci ildə IVLP proqramında iştirak edib. O, PR, media, təhsil və idarəçilik sahəsində dövlət və özəl qurumlarla peşəkar iş təcrübəsinə malikdir. Bir sıra beynəlxalq və yerli layihələrin idarə və icra olunmasında yer alıb. Müvafiq sahələr üzrə pedaqoji və təlimçilik fəaliyyəti ilə də məşğuldur.

Mədəni və peşəkar mübadilə proqramı olan IVLP ABŞ Dövlət Departamenti tərəfindən Amerika səfirliyi ilə birgə həyata keçirilir. Proqramın məqsədi ABŞ-ın dünya ölkələri ilə əlaqələrini gücləndirmək və fərqli ixtisas sahiblərininin peşəkar inkişaflarına dəstək olmaqdır.

Hər il dünyanın müxtəlif ölkələrindən olan təxminən 5.000 iştirakçı Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramı (IVLP) ilə ABŞ-a səfər edir.  IVLP-nin məzunları sırasında Marqaret Tetçer, Toni Bleyr, Nikola Sarkozi, İndira Qandi və s. kimi dünya liderlərini, ictimai xadimləri, müxtəlif sahələrdə öz ölkəsində və qlobal miqyasda tanınan peşəkar şəxsləri qeyd etmək olar.

Bu il 80 illik yubileyini qeyd edən IVLP-nin #FacesofExchange ("Mübadilə üzü") təşəbbüsü də proqram məzunlarının həyat hekayələrini, öz sahələri üzrə peşəkar inkişaflarını nümayiş etdirməklə proqramın qlobal cəmiyyətə təsirini vurğulamaq məqsədi daşıyır.

https://eca.state.gov/ivlpparticipants/ellada-mustafayeva

https://eca.state.gov/facesofexchange/all

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO 28 Yanvar 2021, 03:33 “Real Madrid”in vəziyyəti pisləşir 28 Yanvar 2021, 02:45 “Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi 28 Yanvar 2021, 02:22 Azərbaycanlı Kubada vəfat edib 28 Yanvar 2021, 01:01 Bayden bu iki ölkəyə silah satışını dayandırdı 28 Yanvar 2021, 00:56 Kann Film Festivalı yenidən təxirə salındı 28 Yanvar 2021, 00:51 Baş həkim işdən çıxdı - FOTO 28 Yanvar 2021, 00:44 Türkiyə Super Kubokunun qalibi məlum oldu 28 Yanvar 2021, 00:35 Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ 28 Yanvar 2021, 00:22 Tehran Mənsimov Şuşa əməliyyatından danışdı 28 Yanvar 2021, 00:06 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa” 27 Yanvar 2021, 23:51 AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi 27 Yanvar 2021, 23:43 Rusiya ABŞ-a nota verdi 27 Yanvar 2021, 23:28 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 27 Yanvar 2021, 23:14 Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi 27 Yanvar 2021, 23:01 Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO 27 Yanvar 2021, 22:50 Naftalan sakini ayağını laqonda ilə kəsdi 27 Yanvar 2021, 22:36 Dilçilik İnstitutunun "Qaynar xətt"i yenidən işə başlayır 27 Yanvar 2021, 22:24 Səməd Seyidov AŞPA-nın yeni prezidenti ilə görüşdü - FOTO 27 Yanvar 2021, 22:13 Bakıda ata və oğlunu maşın vurdu 27 Yanvar 2021, 22:02 “Növbəti pandemiya on dəfə daha ağır ola bilər” - Bill Qeyts 27 Yanvar 2021, 21:49 Universitet tələbəsi dəm qazından öldü 27 Yanvar 2021, 21:34 Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO 27 Yanvar 2021, 21:27 “WhatsApp”da virus yayılır 27 Yanvar 2021, 21:15 “Aeroflot” Moskva-Bakı reyslərini ləğv edəcək 27 Yanvar 2021, 21:04 Vəkillər Kollegiyasına yeni üzvlər qəbul edildi - SİYAHI 27 Yanvar 2021, 20:53 Ermənilər Qubadlıda qəbiristanlığı belə dağıdıb - FOTO 27 Yanvar 2021, 20:41 Naxçıvan dəhlizi bu tarixdə müzakirəyə çıxarılacaq 27 Yanvar 2021, 20:28 “Ermənistan Azərbaycan və Türkiyə əməkdaşlığından faydalana bilər” - Hikmət Hacıyev 27 Yanvar 2021, 20:15 Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov dəfn olundu - FOTO 27 Yanvar 2021, 20:02 Rza Diqqəti Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım etdi - FOTO 27 Yanvar 2021, 19:46 Anar Kərimov Fransanın dövlət katibi ilə görüşüb - FOTO 27 Yanvar 2021, 19:38 Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq 27 Yanvar 2021, 19:30 Qusarda Vəkil Bürosu yaradıldı 27 Yanvar 2021, 19:23 “Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki...” - İlham Əliyev 27 Yanvar 2021, 19:15