Modern.az

Nazir Türkiyədə koronavirusla bağlı son vəziyyəti açıqladı

Nazir Türkiyədə koronavirusla bağlı son vəziyyəti açıqladı

Aktual

22 Oktyabr 2020, 21:14

Türkiyədə son sutkada 1599 nəfər koronavirusdan sağalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

 

Onun sözlərinə görə, eyni dövr ərzində 2 102 nəfərə COVID-19 diaqnozu qoyulub, 71 nəfər vəfat edib.

 

Beləliklə, Türkiyədə indiyədək 355 528 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 310 027 nəfər sağalıb, 9 584 nəfər isə həyatını itirib.

 

Fahrettin Koca insanları tibbi maskadan istifadə etməklə koronavirusa qarşı mübarizəyə dəstək verməyə çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi