Modern.az

Azərbaycan Ordusu Şanlı tarix yazır

Azərbaycan Ordusu Şanlı tarix yazır

Aktual

23 Oktyabr 2020, 09:16

 

Bu gün cəbhə bölgəsində heç bir aidiyyatı olmayan şəhərlərimizi hədəf almaqla mülki əhalimizin faciəvi şəkildə həyatlarını itirmələrinə, ağır xəsarətlər almalarına və evlərinin dağıdılmasına səbəb olan cinayətkar Ermənistan rəhbərliyi bunu yalnız və yalnız döyüş meydanındakı acizliklərindən edir. Bu cür cinayətkarların idarə etdiyi dövlətin vətəndaşı olmaq və onların idarəçiliyinə dözüb boyun əymək insanlıq tarixində ən böyük ləyaqətsizlik və gələcək nəsillər qarşısında ən böyük cinayətdir. Çünki istənilən dövlət başqa dövlətin mülki şəxslərinə qarşı yalnız öz vətəndaşlarına rəva və layiq bildiyi addımları ata bilər.

 

Bu gün  Ermənistanın cinayətkar rəhbərliyi Azərbaycan dövləti tərəfindən istənilən an, onların vəhşiliklərinə və terroruna cavab olaraq adekvat addım kimi yaşadığınız şəhərləri bombalayacağından nəinki çəkinmir, əksinə özünün məkrli niyyətlərinə nail olmaq üçün hər vəchlə Azərbaycanı buna təhrik etməkdədir.

 

Lakin düşmən  əmin ola bilər ki, bu insanlığa zidd  addımları ilə artıq qoca, qadın  və körpə qanına əli batmış Ermənistan rəhbərliyi heç bir məqsədinə, o cümlədən də haqq və ədalət uğrunda mübarizə aparan mərd və mətin xalqımızda qorxu və xofun yaradılmasına nail ola bilməyəcəkdir.

 

Ermənistan atəşkəs rejimini kobud şəkildə pozur. Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum etdi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirdi. Birinci hücumdan sonra, iki hücum olub, həlak olanlar və yaralananlar hədsiz çoxdur. Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik etdi. Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi.

 

Azərbaycan nizamlama prinsipinə hər zaman sadiq olub. Vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil. Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan günü sabah hərbi əməliyyatları dayandırmağa hazırdır.

 

Ermənistan rəhbərliyi lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib. 

 

Birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Azərbaycan tərəfindən bu iradə var. Azərbaycan öz mövqeyini bir daha təsdiq edir. Özü də bunu elə bir vaxtda təsdiq edir ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə Azərbaycan, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırdır.

 

Ermənistanın işğal etdiyi ərazilər geri qaytarılmalıdır. Bunu heç bir siyasi qüvvə dəyişə bilməz. Hərbçilər arasında əlaqələr məsələsi baza prinsiplərində dəqiq müəyyən edilib və Azərbaycan baza prinsiplərinə sadiqdir, Bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Bütün bunlar baza prinsiplərində yazılıb.

 

Münaqişənin qaynar fazası dövründə Qərb və Rusiya mətbuatında Dağlıq Qarabağ məsələsi həmin ölkələr arasında fikir ayrılığı doğurmayan yeganə məsələ olduğu müşahidə olunur. Ona görə sülhməramlıların və müşahidəçilərin kimlərin olacağını ATƏT-in Minsk qrupunun həmsədrləri təklif edəcəklər. 

 

Azərbaycan və Ermənistan isə öz tərəflərindən bu və ya digər ölkəyə veto qoya, ya da razılaşa bilər. İlk növbədə, baza prinsiplərinin implementasiyası qaydası müəyyən edilməlidir. Erməni tərəfi, baş nazirin şəxsində bu prinsiplərə sadiqliyini dəqiq təsdiq etməlidir. Erməni tərəfi isə baş nazirin şəxsində hər şeydən danışır, amma bu barədə danışmır. 

 

Ermənistanın baş naziri yalnız təyini-müqəddərat barədə danışır. Yəni o, bu prinsipləri qəbul etmir, daha əvvəl özünün “Qarabağ Ermənistandır və nöqtə” kimi və digər səmərəsiz bəyanatları ilə əslində, danışıqlar prosesini pozub. 

 

Laçın dəhlizi baza prinsiplərinin tərkib hissəsidir. Azərbaycanın mövqeyi həmişə çox konstruktiv olub. Bununla bərabər, axı baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi. Ermənistanla Azərbaycan arasında sərhəddə kommunikasiyalar açılır. Həmçinin nəzərdə tutulurdu ki, Ermənistan Rusiya Federasiyasının ərazisinə maneəsiz yerüstü keçmək imkanına malik olacaq. 

 

Bütün bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün torpaqlara, təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağın ərazisinə qaytarılmasını nəzərdə tutan kompromis paketinin bir hissəsidir. Əlbəttə, Dağlıq Qarabağ ilə Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəliş də nəzərdə tutulurdu. Azərbaycan bu mövqeyini bir daha təsdiq edir.

 

İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi ilə cinayətkar dövlət rəhbərləri tərəfindən 30 ilə qədər bir dövr ərzində məcburi şəkildə işğal altında saxlanılan rayonlarımızı və şəhərlərimizi deyil, Ermənistan paytaxtını və digər şəhrlərini müqayisə edəndə görürük ki, kim azadlıq, kim işğal  uğrunda mübarizə aparır. Cünki Azərbaycan dövləti hər bir vətəndaşına, hər bir insanına və torpağının hər bir daşına böyük dəyər, qiymət verir.

 

Azərbaycan ordusu üstünlüyünü birmənalı olaraq qoruyur. Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib. Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv edilib. Ən böyük yüksəkliyi, ruh yüksəkliyini Azərbaycan Ordusu fəth edib.

 

Bu gün Azərbaycanın nizami ordusunda ehtiyatda olanı saymasaq, 100 min döyüşçüsü var. Hətta səfərbərlik elan etməmişik. Qismən səfərbərlik elan edilib.

 

Bu gün Azərbaycan can bahasına, qan bahasına da olsa müasir tariximizin ən şanlı günlərini yaşayır. Xalqımız Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək dövlət başçımızın daxili və xarici siyasətini dəstəkləyir. Və Azərbaycan xalqı inanır ki, möhtərəm Prezidentimizin qətiyyəti sayəsində ərazi bütövlüyümüzün bərpası uğrunda Müzəffər Şanlı Ordumuz cəsarətlə mübarizə aparıb qələbə qazanacaq. Qarabağ Azərbaycandır!

 

Naftalan sakini Kəmalə Hüseynova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı