Arxiv
24 Oktyabr 2020, 16:44 | AKTUAL
Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi”

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyev rəşadətli Ordumuzun uğurları və işğaldan azad etdiyi torpaqlarımız barədə xəbərlərlə demək olar ki, xalqımızı hər gün sevindirdiyi bir dövrdə Ermənistanın baş naziri Nikol Paşinyanın erməni xalqına etdiyi çağırış xüsusilə diqqət çəkir. Belə ki, məğlub olduqlarını etiraf etmək istəməyən Paşinyanın öz xalqına etdiyi müraciət elə əslində mahiyyət etibarilə onların məğlubiyyətini göstərir.

 

Modern.az xəbər verir ki, bu fikirlər milli təhlükəsizlik üzrə ekspert, Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabiti Xəyal İsgəndərovun "Ağlını itirmiş rəhbər və ya Paşinyanın “Parkinson xəstəliyi" sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

 

Nikol Paşinyan oktyabrın 21-də altı addımdan ibarət bir təklif irəli sürmüşdü: 1) könüllü qruplar yaradın (minimum 30 nəfər); 2) onların arasından komandir seçin; 3) komandirin yaşadığı hərbi komissarlığa müraciət edin; 4) hərbi hissələrdən birində uzlaşma təlimi keçin; 5) “vətənin” müdafiəsi üçün cəbhəyə gedin; 6) qələbə qazanın. Diqqətlə təhlil etsək görərik ki, bu müraciət sadəcə çarəsizliyin ifadəsidir. Əslində sonuncu addım “qələbə qazanın” kimi səslənsə də “intihar edin” mənasını verir. Azərbaycan Ordusu döyüş meydanında təşəbbüsü ələ aldığı tarixdən bu tərəfə ermənilərin mülki əhalini hədəf alaraq yaşayış məntəqələrimizi bombalaması da bu çarəsizliyin göstəricisidir. Son günlər cərəyan edən hadisələrin təhlili göstərir ki, Azərbaycan Ordusu hər hansı şəhər və ya qəsəbəni işğaldan azad etdikdən sonra Ermənistan ordusu mütləq şəkildə təxribat törədərək yaşayış məntəqələrimizi hədəfə alır. Bu, bir növ İkinci Dünya müharibəsinin son aylarında Hitler ordusunun davranışları ilə müqayisə edilə bilər. İkinci Dünya müharibəsinin son aylarında Hitlerin guya Almaniyanı ayaqda saxlamaq üçün verdiyi səfeh əmrlər və zəif qərarlar əslində onun əvvəllər etdiyi səhvlərdən qaynaqlanırdı. Artıq Paşinyan da belə səhv qərarlarla gündəmdədir. Ola bilsin ki, Paşinyan şanlı Azərbaycan Ordusunun bu qədər irəliləyəcəyini düşünmürdü. Ona görə də yaranan vəziyyət onun normal düşünməsinə və xalqın mənafeyinə uyğun qərarlar verməsinə mane olur. Çünki küçələrdən ermənilərin zorla maşınlara doldurulub Qarabağda döyüşməyə göndərilməsi sıravi erməni xalqının maraqlarına uyğun deyil.

 

1944-cü ilin yayında, müttəfiq qüvvələr Fransanın Normandiya ərazisi istiqamətindən hücuma keçdiyi zaman, Hitlerin Nazi imperiyası ciddi təhlükə ilə üz-üzə qalmışdı. Nazi ordusu Fransanın qərb sahillərindən Norveç sahillərinə qədər möhkəm mühəndis maneələri hazırlamışdı. Bu “Atlantik divarı” yeni alman imperiyasını Atlantik Okeanından gələn təhdidlərdən qorumaq üçün nəzərdə tutulmuşdu. Təəssüf ki, bu qoruyucu “divar” çox qısa müddətdə dağıdıldı. Müttəfiq qüvvələr Normandiya çimərliklərinə basqın etdikdə, Hitler düşünürdü ki, onlar Pa-dе-Kale şəhərinə hücuma keçəcəklər. Nazi ordusunun həmin bölgədə səkkiz tank diviziyası yerləşdirilmişdi. Hücumdan əvvəlki gecə müttəfiq qüvvələr hava şarlarından istifadə etməklə çoxsaylı paraşüt-desant qruplarının əraziyə yerləşdirilməsi imicini formalaşdırmışdılar. Beləliklə, müttəfiq qüvvələr Pa-dе-Kale şəhərinə hücum etmədilər və Hitler günorta yuxudan oyananda (o, yatarkən generallara icazə vermirdi ki, onu narahat etsinlər) müttəfiq qüvvələr artıq çimərlikləri ələ keçirib Fransa ərazisində irəliləyirdilər. Normandiya çimərliklərindəki və bir il əvvəl Stalinqraddakı məğlubiyyətdən pərt olan Hitler hətta özünə ən sadiq generalları belə yaxınına buraxmırdı. Əgər əvvəllər öz məsləhətçiləri ilə nahar və şam edirdisə, sonralar katibələri ilə daha çox vaxt keçirməyə başlamışdı. Qısası, Hitler heç kimin məsləhətini dinləmədən qərar verməyə üstünlük verirdi. Nazi ordusunun ən üst təbəqəsində təmsil olunan generallar Hitleri müharibənin fəsadları ilə bağlı xəbərdarlıq etsələr də o, öz qərarlarından dönmür, bütöv bir xalqı fəlakətə sürükləyirdi. Hitler istəmirdi ki, insanlar müharibənin ağır aqibətindən danışsınlar. O istəmirdi ki, insanlar Almaniyanın iflic vəziyyətə düşməsini onun etdiyi səhvlərlə əlaqələndirsinlər.

 

Nəzərə almaq lazımdır ki, Ermənistan ordusu da Dağlıq Qarabağda hazırladığı mühəndis-istehkam qurğularını “keçilməz” hesab edirdi. Lakin şanlı Azərbaycan Ordusu bu maneələri bir gün ərzində yardı. Ermənilər Azərbaycan Ordusunun Dağlıq Qarabağın şərq istiqamətindən əks hücuma keçəcəyini təxmin edirdisə, rəşadətli ordumuz işğal altında olan ərazilərin, əsasən, şimali-şərq və cənubi-şərq istiqamətlərindən düşmənin müdafiəsini dağıdaraq qısa müddətdə on kilometrlərlə dərinliyinə nüfuz etdi. Bununla da Ermənistanın Ağdam cəbhəsində inşa etdiyi güclü mühəndis-istehkam qurğuları praktiki olaraq öz əhəmiyyətini itirmiş oldu. Uğurları ilə artıq bütün dünyanı heyrətləndirən Azərbaycan Ordusu bütün istiqamətlərdə düşməni küncə sıxışdırıbdır. Şübhəsiz ki, Ermənistan ordusunun az-çox hərb sənətindən başı çıxan generalları bütün mümkün fəlakətlərlə bağlı Paşinyanı məlumatlandırırlar. Çünki Ermənistandan məcburi olaraq Dağlıq Qarabağa göndərilən əsgərlər bilavasitə ölümə göndərilir. Lakin Paşinyan Hitlerin etdiyi kimi səfeh qərarlarla erməni xalqını uçuruma aparır. Kimisini qorxutmaqla, kimisini mükafatlandırmaqla, etiraz edən generalları da öz səbatsız siyasətinin alətinə çevirir. Bu gün çox aydın müşahidə olunur ki, Paşinyan nəticəsini və aqibətini düşünmədiyi istənilən qərarı verə bilər. Gəncə, Mingəçevir, Tərtər kimi iri yaşayış məntəqələrinə ballistik raketlərin atılması da bilavasitə onun provokativ siyasətindən qaynaqlanır. Paşinyan da Hitler kimi yerli əhalinin onu tənqid etməsini istəmir, döyüş meydanlarında çürüyən meyidləri ailələrinə təhvil vermir, itkin düşmüş kimi qələmə verir, mülki əhalini silaha sarılmağa çağırmaqla militant qruplaşmalar yaradır.

 

Əgər bir sıra alim və tarixçilər Hitlerin “Parkinson xəstəliyi”ndən (mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması) əziyyət çəkdiyini iddia edirdilərsə, bu gün Paşinyanın da həmin və ya oxşar simptomlu xəstəliyə tutulması istisna deyil. Reallıq odur ki, bu xəstəlikdən təkcə Paşinyan deyil, bir neçə milyonluq erməni xalqı da əziyyət çəkir. İkinci Dünya müharibəsinin sonunda Hitler qaçıb Berlində bunkerdə gizlənə bilmişdi. Görünən odur ki, artıq ayılan erməni xalqı Paşinyana bu imkanı da verməyəcək. Çünki Paşinyanın apardığı bu siyasət ermənilərin hərbi, siyasi, iqtisadi tənəzzülü ilə nəticələnəcək və Ermənistan tarixinə qara hərflərlə yazılacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İctimaiyyət nümayəndələri Qaradağdakı şəhid məzarlığına getdilər - AÇIQLAMA 28 Yanvar 2021, 16:12 Publisist Ənvər Börüsoy vəfat etdi 28 Yanvar 2021, 16:06 Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR 28 Yanvar 2021, 16:00 Babək prospektində piyadanı maşın vurub 28 Yanvar 2021, 15:55 Yeniyetmə qıza təcavüz edən polis işdən QOVULDU 28 Yanvar 2021, 15:49 İspaniyalı jurnalistin Qarabağ XATİRƏLƏRİ: “Azərbaycan artilleriyası yaşayış yerlərini vurmurdu” 28 Yanvar 2021, 15:43 UNEC tələbələri beynəlxalq yarışın finalına vəsiqə qazanıblar 28 Yanvar 2021, 15:39 Navalnının qardaşı da həbs olundu 28 Yanvar 2021, 15:34 Karantini pozaran dönərxana aşkalandı 28 Yanvar 2021, 15:28 Türk ordusu suriyalı uşaqlara hədiyyələr payladı - FOTO 28 Yanvar 2021, 15:23 Dilçilik institutunda qalmaqal - “Qaynar xətt”i BƏRPA ETDİLƏR 28 Yanvar 2021, 15:17 Səfir: “Koçaryanla Sarkisyan küçəyə 100 min nəfər çıxara bilsəydi, Paşinyanı tarixin zibilliyinə atardı...” 28 Yanvar 2021, 15:11 Navalnı məhkəməyə videokonfransla qoşuldu 28 Yanvar 2021, 15:07 Vilayət Eyvazov Xalq artistinin həyat yoldaşını işdən çıxardı - FOTO 28 Yanvar 2021, 15:02 Bakıda universitetdə tələbələrin təhsil haqqını mənimsədilər 28 Yanvar 2021, 14:56 Bakıda bu yolda yeni işıqor quraşdırıldı 28 Yanvar 2021, 14:50 Xəzər quruyacaq? - Alimdən  AÇIQLAMA  28 Yanvar 2021, 14:44 Qanunsuz valyuta dəyişən şəxs tutuldu  28 Yanvar 2021, 14:38 Serj Sarkisyan koronavirusa yoluxub 28 Yanvar 2021, 14:32 Şəhid ailələrinə xidmət üçün təlim  28 Yanvar 2021, 14:26 Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı 28 Yanvar 2021, 14:22 Yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq 28 Yanvar 2021, 14:16 Tərtərdə traktor minaya DÜŞDÜ 28 Yanvar 2021, 14:10 Qarabağ işçi qrupunun GÜNDƏLİYİ 28 Yanvar 2021, 14:04 Direktor: “Bu şəxslərə koronavirus peyvəndi tövsiyə olunmur" 28 Yanvar 2021, 13:58 Deputat şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR 28 Yanvar 2021, 13:52 Gəncə Hava Limanına Nizaminin adı verilsin - deputatdan təklif 28 Yanvar 2021, 13:46 Ov etmək istəyən şəxs cəzalandırıldı 28 Yanvar 2021, 13:40 100-ə yaxın şəhid və qazi ailəsinə psixoloji yardım göstərilib 28 Yanvar 2021, 13:34 Gömrükdə külli miqdarda qızıl-zinət əşyaları aşkar edildi - VİDEO 28 Yanvar 2021, 13:28 ÜST-dən daha bir pandemiya XƏBƏRDARLIĞI 28 Yanvar 2021, 13:22 Şəhid anasının müraciəti yerində araşdırıldı - FOTO 28 Yanvar 2021, 13:16 Samux və Sabirabad sakinlərindən narkotik götürüldü 28 Yanvar 2021, 13:10 Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun işdən çıxarıldığını TƏSDİQLƏDİ 28 Yanvar 2021, 13:04 Bakıda mağazadan oğurluq edildi 28 Yanvar 2021, 12:58