Modern.az

Sabiq nazir:Hazırda bölgədə 3 tərəf var - Ermənistan, Azərbaycan və koronavirus” 

Sabiq nazir: “Hazırda bölgədə 3 tərəf var - Ermənistan, Azərbaycan və koronavirus” 

Aktual

24 Oktyabr 2020, 18:47

Qarabağda Azərbaycan ordusuna məğlub olan Ermənistan siyasi gedişlərə əl atmaqda davam edir. Bu gün Rusiya ilə Ermənistan arasında heç bir bağ, əlaqə yoxdur. Ermənistanda rusdilli tədris sıfır səviyyəsindədir. Düşmənin diplomatik əlaqələri qərbyönlüdür, ticarət münasibətləri Rusiyadan dönüb. Bütün bunlara baxmayaraq, Ermənistan rəhbərliyi başı dara düşəndə ilk olaraq Rusiyadan imdad diləməyə başlayır. Maraqlıdır, Nikol Paşinyan rejimi hansı haqla hələ də Rusiyadan mədəd umur? 

 

Məsələ barədə Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib ki, bu yolda müxtəlif hadisələr ola bilər, amma bu tarixi tendensiyanı, yürüşü dayandırmaq mümkün deyil. Tendensiya davam edəcək:

 

“Ermənilər Rusiyada olan təhrikləri çox yaxşı görürlər və bunun əsasında siyasət dayanır. Diplomatik və s. addımlar olacaq, amma balanslaşmış formada. Real addımlar olmayacaq. Biz bəzən bu və ya digər bəyanatları təhlil edəndə təklif olunan elə məsələlər var ki, onların icra mexanizması göstərilmir. Bu həm Rusiyaya həm də digər ölkələrə aiddir ".

 

T.Zülfüqarov bildirib ki, faktiki olaraq Ermənistanda bir neçə bəyanatdan sonra eyforiya əmələ gəlib:

"Onların bəyan olunmuş prinsipləri həyata keçirmək üçün heç bir mexanizmi, istək və siyasi iradələri yoxdur. Onlar indi başa düşürlər ki, sadəcə Azərbaycanla danışmalıdırlar. İndiki mərhələdə biz görürürk ki, Paşinyan mövqeyini sərtləşdirib ki, erməni xalqı müharibə etməlidir. Diplomatiya sahəsində heç bir müsbət nəticə gözləmək olmaz. Reallığa yavaş-yavaş yaxınlaşıblar. Mən hələ bu müharibədən əvvəl də qeyd etmişdim ki, regionda üç tərəf var: Ermənistan, Azərbaycan və koronavirus”.

Mehri QURBAN

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir