Arxiv
29 Oktyabr 2020, 11:52 | MƏDƏNİYYƏT
Qarabağ paylaşımına qarşı çıxan McDonalds - Deputatdan və ictimaiyyətdən Bakıdakı şirkətə ETİRAZ

“McDonalds Azerbaycan” şirkətinin Facebook hesabında əvvəlcə Azərbaycana dəstək paylaşımları yerləşdirməsi, az sonra isə bunu silməsi sosial şəbəkənin azərbaycanlı istifadəçilərinin böyük narazılığına səbəb olub. İstifadəçilər öz etirazlarını şirkətin səhifəsində #baycotmcdonalds həştəqilə bildiriblər.

Bir çoxları şirkəti boykot etməyə çağırıb.

 

Azərbaycanda böyük şəbəkəyə malik olan şirkət üzr istəmək əvəzinə, məqsəd və məramlarının qarın doyurmaq olduğunu açıqlayıb.


Modern.az
-ın məlumatına görə, “McDonalds Azerbaycan”ın açıqlamasında deyilir:


“Bütün dünya üzrə McDonalds öz qapılarını hər kəsin üzünə açaraq dadlı yeməklər təqdim edir və xidmət etdiyimiz bütün insan qrupları üçün məsuliyyətli partnyor kimi fəaliyyət göstərir.

Bir müddət bundan əvvəl sosial şəbəkələrdəki səhifələrimizdən bəzi postları silməkdə bir məqsədimiz var-əsas amalımıza, yəni insanları qida ilə təmin etmək fikrinə sadiq qalmaq. Cari dəyişkən zamanda bunun önəmi xüsusilə yüksəkdir və biz bu təşəbbüsü dəstəkləyən növbəti xeyirxah addımlarımız barədə məlumatları tezliklə açıqlayacağıq. İstəyimiz odur ki, insanların bir yerdə toplanaraq yemək və xoş anları birlikdə paylaşa biləcəkləri bir məkan yaradaq”.


Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, Azərbaycanda müharibə getdiyi bir dövrdə ölkədə fəaliyyət göstərən bütün şirkətlər bizim maraqlarımıza xidmət etməlidir:

 

“McDonalds şirkətinin Azərbaycanda çox böyük şəbəkəsi var və kifayət qədər böyük vəsait qazanırlar. Bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda ölüm-dirim mübarizəsi, anti-terror əməliyyatı, Vətən Müharibəsi gedir. Belə bir şəraitdə istənilən şirkət Azərbaycanın maraqlarına xidmət etməlidir. Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın fransız mallarını boykota çağırışına bir neçə dövlət qoşuldu. Bu baxımdan McDonalds-ı baykot etmək çətin məsələ deyil. Ona görə də şirkət rəsmiləri addım atanda iki dəfə düşünməlidir”.

 

Deputat ölkədə fəaliyyə göstərən bütün şirkətləri Azərbaycana dəstək olmağa çağırıb:

 

“Azərbycan müştərisi hesabına pul qazanırlarsa, Azərbaycanın maraqlarına xidmət etməlidirlər. Mən bu halı müsbət hal kimi qiymətləndirmirəm. Azərbaycanda kifayət qədər vəsait qazanan bir şirkət belə hala yol verməməlidir.

Ali Baş Komandan bu mübarizədə dünyanın güclü dövlətlərini qarşısına alıbsa, adi bir şirkət rəsmisi kimdir ki, hardansa gələn zənglə Qarabağ paylaşımını sosial şəbəkə hesabından silir?! Bu nə deməkdir?! Onlar Azərbaycana dəstək olmalıdırlar, köstək yox”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Paşinyan istefa verməsə, böhran aradan qalxmayacaq" - Vanesyan   29 Noyabr 2020, 15:21 Xırdalandakı uçqunun təfərrüatı ilə bağlı RƏSMİ MƏLUMAT 29 Noyabr 2020, 15:09 Fransa radiosu Füzuli haqqında reportaj yayımladı 29 Noyabr 2020, 15:02 Zərdabda koronavirus xəstəsi saxlanıldı 29 Noyabr 2020, 14:51 Ermənistanda ziyalılar xalqı yürüşə çağırdılar 29 Noyabr 2020, 14:45 Daşkəsəndə karantin rejimini pozan iaşə obyetkləri aşkarlandı 29 Noyabr 2020, 14:34 Şəhid Tamerlan Səfərov Qubada dəfn edildi 29 Noyabr 2020, 14:26 “Paşinyan məğlubiyyətin simvoludur” – Şarmazanov 29 Noyabr 2020, 14:19 Son sutkada koronavirusdan ölənlərin sayında rekord 29 Noyabr 2020, 14:07 Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı 29 Noyabr 2020, 14:00 Türkiyədə son bir ayda 80 terrorçu zərərsizləşdirildi 29 Noyabr 2020, 13:51 İşğaldan azad edilmiş ərazilərdə bu idman növü inkişaf etdiriləcək 29 Noyabr 2020, 13:43 Yaponiyadan olimpiya və paralimpiya oyunlarının təşkilinə daha 2 milyard 29 Noyabr 2020, 13:33 Tehranda etiraz aksiyası  29 Noyabr 2020, 13:24 İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi məlum oldu 29 Noyabr 2020, 13:20 Əfqanıstanda partlayış: 26 əsgər öldü 29 Noyabr 2020, 13:15 Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir 29 Noyabr 2020, 12:59 Rusiya Xankəndinə hərbi həkimlər göndərdi 29 Noyabr 2020, 12:46 Yoluxucu Xəstəliklər Klinikasının rəhbəri – İsti su ilə limon koronavirusu ağciyərə çatmadan öldürür 29 Noyabr 2020, 12:42 Əfqanıstanda "Qırmızı Xaç"ın nümayəndəsi qaçırıldı 29 Noyabr 2020, 12:31 Ağdamın Şahbulaq kəndindən yeni - Video 29 Noyabr 2020, 12:29 Sabahın havası: qalın geyinin, çətir götürün 29 Noyabr 2020, 12:24 Neymar İbrahimoviçin rekordunu qırdı 29 Noyabr 2020, 12:21 Pravoslav kafedral kilsəsinin keşişi: "Əgər bir insan müqəddəs yerləri dağıdırsa..." 29 Noyabr 2020, 12:13 Deputat: “Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna yenidən baxılacaq” 29 Noyabr 2020, 12:07 Nəvələrimin nəvələrinə MÜRACİƏTİM 29 Noyabr 2020, 11:55 Rusiyalı akademik virusdan öldü 29 Noyabr 2020, 11:51 Övladlığa götürülən bu uşaqlar üçün aylıq 480 manat müavinət veriləcək - RƏSMİ 29 Noyabr 2020, 11:38 Gürcüstanda ötən gün virusdan ölənlərin sayı açıqlandı 29 Noyabr 2020, 11:28 Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər Modern.az-a danışdı: “Sözüm sözdür!” - VİDEO 29 Noyabr 2020, 11:19 Şabranda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri aşkarlandı 29 Noyabr 2020, 11:14 Özünü çardaqdan asdı  29 Noyabr 2020, 11:04 Ermənistanda koronavirusdan ölənlərin sayında kəskin artım   29 Noyabr 2020, 10:59 Bu bağ evi cəmi 3 saata quraşdırıldı 29 Noyabr 2020, 10:48 Bu gün “Səbail” “Qarabağ”la üz-üzə gələcək 29 Noyabr 2020, 10:45
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?