Modern.az

Ceyhun Bayramovdan Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə CAVAB

Ceyhun Bayramovdan Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə CAVAB

Aktual

29 Oktyabr 2020, 19:35

Dağlıq Qarabağda mümkün sülhməramlı missiya üçün Bakının razılığı olmalıdır.

 

Modern.az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

 

O bildirib ki, beynəlxalq sülhməramlılar mövzusu yeni deyil:

 

“Bu, münaqişənin nizamlanması prosesinin əsas elementlərindən biri, baza prinsiplərinin tərkib hissəsidir və uzun illər sülh danışıqlarının əsasında olub. Bu barədə ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarında deyilir. Bu qərarda Yüksək səviyyəli planlaşdırma qrupuna Dağlıq Qarabağda ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrin yaradılması, strukturunun müəyyənləşdirilməsi və fəaliyyəti üzrə planın hazırlanması tapşırılır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi