Arxiv
29 Oktyabr 2020, 20:41 | AKTUAL
Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Bərdə şəhərində oktyabrın 27-də və 28-də mülki əhaliyə qarşı Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi terror aktları ilə bağlı dünya ölkələrinın konstitusiya ədalət mühakiməsi orqanlarına müraciət edib.

 

Bu barədə Modern.az-a Konstitusiya Məhkəməsindən bildirilib.

 

Müraciətdə deyilir ki, Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq, Azərbaycan əhalisinin sıx yaşadığı şəhər və kəndləri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törədir:

 

"Ermənistan silahlı qüvvələri hərbi cinayətlərini davam etdirərək, beynəlxalq hüquq normaları ilə qadağan edilmiş kaset bombalarından istifadə etməklə, oktyabrın 27-də Bərdə şəhərini müxtəlif istiqamətlərdən ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 4 dinc sakin həlak olub, 13-ə yaxın insan yaralanıb. Oktyabrın 28-də isə Bərdə şəhərinin Ermənistan tərəfindən yenidən raket atəşinə tutulması 21 dinc sakinin həlak olması, 70-ə yaxın insanın yaralanması ilə nəticələnib.

Həmin terror aktlarının nəticəsində ölənlər və yaralananlar arasında azyaşlı uşaqlar və qadınlar var. Mülki infrastruktura ciddi ziyan dəyib.

Döyüş zonasından 40 kilometr məsafədə yerləşən Bərdə şəhərinə iki gün ard-arda raket zərbələrinin endirilməsi və mülki şəxslərin vəhşicəsinə qətlə yetirilməsi erməni faşizminin növbəti təzahürüdür.

Ümumiyyətlə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif yaşayış məntəqələrində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb.

Dinc əhaliyə qarşı törədilən bu terror aktları bir daha onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq humanitar hüquq normalarını, xüsusilə “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyanı, BMT-nin Uşaq Hüquqları Konvensiyasını, habelə insan hüquqları sahəsində digər beynəlxalq hüquq sənədlərini kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən əl çəkmir, sülh və insanlıq əleyhinə yönəlmiş cinayətlərini davam etdirir.

Biz dünyanın bütün konstitusiya ədalət mühakiməsi orqanlarını, Ermənistan hökumətinin qadağan edilmiş silahlardan istifadə edərək beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi və qeyri-insani cinayət əməllərini və qəddar işğalçı siyasətini qınamağa çağırırıq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-da son sutkada rekord yoluxma 29 Noyabr 2020, 15:50 Türkiyədə 15 gündə bir ailədən 4 nəfər koronavirusdan öldü 29 Noyabr 2020, 15:41 Ankarada Azərbaycanın zəfəri münasibətilə sərgi 29 Noyabr 2020, 15:33 "Paşinyan istefa verməsə, böhran aradan qalxmayacaq" - Vanesyan   29 Noyabr 2020, 15:21 Xırdalandakı uçqunun təfərrüatı ilə bağlı RƏSMİ MƏLUMAT 29 Noyabr 2020, 15:09 Fransa radiosu Füzuli haqqında reportaj yayımladı 29 Noyabr 2020, 15:02 Zərdabda koronavirus xəstəsi saxlanıldı 29 Noyabr 2020, 14:51 Ermənistanda ziyalılar xalqı yürüşə çağırdılar 29 Noyabr 2020, 14:45 Daşkəsəndə karantin rejimini pozan iaşə obyetkləri aşkarlandı 29 Noyabr 2020, 14:34 Şəhid Tamerlan Səfərov Qubada dəfn edildi 29 Noyabr 2020, 14:26 “Paşinyan məğlubiyyətin simvoludur” – Şarmazanov 29 Noyabr 2020, 14:19 Son sutkada koronavirusdan ölənlərin sayında rekord 29 Noyabr 2020, 14:07 Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı 29 Noyabr 2020, 14:00 Türkiyədə son bir ayda 80 terrorçu zərərsizləşdirildi 29 Noyabr 2020, 13:51 İşğaldan azad edilmiş ərazilərdə bu idman növü inkişaf etdiriləcək 29 Noyabr 2020, 13:43 Yaponiyadan olimpiya və paralimpiya oyunlarının təşkilinə daha 2 milyard 29 Noyabr 2020, 13:33 Tehranda etiraz aksiyası  29 Noyabr 2020, 13:24 İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi məlum oldu 29 Noyabr 2020, 13:20 Əfqanıstanda partlayış: 26 əsgər öldü 29 Noyabr 2020, 13:15 Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir 29 Noyabr 2020, 12:59 Rusiya Xankəndinə hərbi həkimlər göndərdi 29 Noyabr 2020, 12:46 Yoluxucu Xəstəliklər Klinikasının rəhbəri – İsti su ilə limon koronavirusu ağciyərə çatmadan öldürür 29 Noyabr 2020, 12:42 Əfqanıstanda "Qırmızı Xaç"ın nümayəndəsi qaçırıldı 29 Noyabr 2020, 12:31 Ağdamın Şahbulaq kəndindən yeni - Video 29 Noyabr 2020, 12:29 Sabahın havası: qalın geyinin, çətir götürün 29 Noyabr 2020, 12:24 Neymar İbrahimoviçin rekordunu qırdı 29 Noyabr 2020, 12:21 Pravoslav kafedral kilsəsinin keşişi: "Əgər bir insan müqəddəs yerləri dağıdırsa..." 29 Noyabr 2020, 12:13 Deputat: “Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna yenidən baxılacaq” 29 Noyabr 2020, 12:07 Nəvələrimin nəvələrinə MÜRACİƏTİM 29 Noyabr 2020, 11:55 Rusiyalı akademik virusdan öldü 29 Noyabr 2020, 11:51 Övladlığa götürülən bu uşaqlar üçün aylıq 480 manat müavinət veriləcək - RƏSMİ 29 Noyabr 2020, 11:38 Gürcüstanda ötən gün virusdan ölənlərin sayı açıqlandı 29 Noyabr 2020, 11:28 Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər Modern.az-a danışdı: “Sözüm sözdür!” - VİDEO 29 Noyabr 2020, 11:19 Şabranda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri aşkarlandı 29 Noyabr 2020, 11:14 Özünü çardaqdan asdı  29 Noyabr 2020, 11:04
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?