Azərbaycanın Bərdə şəhərinə endirilən raket zərbələrinə məruz qalan çox saylı ərazilər mülki yaşayış yerlərinə məxsus olub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Bərdə şəhərinə raket hücumu barədə yerindən məlumat verən "VICE News" müxbiri Hind Hassan rəsmi İnstagram hesabında yazıb:

 

"Azərbaycanın Bərdə şəhərində raket zərbələri endirilən yerə getdik və yaralıların getirildiiyi xəstəxanada olduq. Bir adamın ayağı kəsildikdən sonra əməliyyat olunduğunu və həkimlər və tibb bacıları tərəfindən onu xilas etmək cəhdindən sonra başqa bir kişinin öldüyünü izləyən xaotik səhnələri gördük. Hər yerdə qan var idi: dəhlizlərdə və palatalarda".

 

Onun sözlərinə görə, xəstəxanada "VICE News" jurnalistləri 12 cəsədin saxlanıldığı morqa və müvəqqəti çadırlara aparıldı.