Modern.az

Çavuşoğludan Azərbaycana təşəkkür

Çavuşoğludan Azərbaycana təşəkkür

30 Oktyabr 2020, 19:27

“İzmirdə baş vermiş zəlzələdən dərhal sonra ilk zəng edən və keçmiş olsun diləklərini çatdıraraq kömək etməyə hazır olduqlarını bildirən Can Azərbaycanın Fövqəladə Hallar naziri, qardaşım Kəmaləddin Heydərova təşəkkür edirəm”.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında qeyd edib.

 

“Sevincimiz də, kədərimiz də birdir. Bir millət, iki dövlət”, - deyə Türkiyə XİN rəhbəri bildirib.

 

Qeyd edək ki, 6,6 bal gücündə baş vermis zəlzələdən sonra İzmirdə 20 bina çöküb. Hadisə nəticəsində 4 nəfər dünyasını dəyişib, 120 nəfər isə yaralanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər