Modern.az

Ermənistan indi də məhbusları cəbhəyə göndərir

Ermənistan indi də məhbusları cəbhəyə göndərir

30 Oktyabr 2020, 21:58

Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti dəfə aciz durumdadır.

 

Modern.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, Ermənistanın Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan həbsdə olan 12 məhbusun cəbhəyə yollanacağını açıqlayıb.

 

O bildirib ki, onların əksəriyyətinin həbs müddəti yarımçıq dayandırılacaq.

 

Görünür, ordusunda ciddi əsgər çatışmazlığı yaşayan Ermənistan rəhbərliyi son çıxış yolu kimi cinayətkarlardan da istifadə etmək qərarına gəlib. Belə ki, bundan əvvəl Ermənistan orduya yaşlıları, qadınları, yeniyetmələri, hətta uşaqları da cəlb etmişdi (qafqazinfo).

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi