Arxiv
31 Oktyabr 2020, 18:46 | AKTUAL
İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir

Təcavüzkar Ermənistan indi də qəsdən Şuşa meşələrini yandırmaqla Azərbaycanın işğal altında saxladığı ərazilərində ekoloji terroru davam etdirir və bölgənin, ümumiyyətlə isə planetimizin ekoloji durumuna qarşısıalınmaz zərərlər vurmaqla yeni növ cinayətlərə əl atır.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, işğalçı Ermənistanın olduqca qiymətli Şuşa meşələrinə zəhərli və söndürülməsi mümkün olmayan maddələrdən istifadə etməklə od vurması təcavüzkar rejimin insanlığa zidd qəddar xislətini bir daha nümayiş etdirir.

 

"Bütün Dağlıq Qarabağ bölgəsində olduğu kimi Şuşada da çox zəngin və qiymətli meşələrimiz var. İşğaldan əvvəl meşə fondunun ümumi sahəsi 8526 hektar olub. Əsasən qiymətli və çoxillik palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc, qoz ağaclarından ibarət sıx meşəliklərin yaratdığı unikal bir ekosistemin məhv edilməsi, əsasən endem xarakterli bioloji müxtəlifliyə ciddi zərbə vuran bu vandal hərəkətlər Ermənistan tərəfinin də qoşulduğu ətraf mühit üzrə bütün beynəlxalq konvensiyalara görə bəşəri cinayət kimi qiymətləndirilir. Çünki ağ fosfor tipli bombalardan istifadə edilməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir”.

Nazirlik rəsmisi bu cinayət faktının qarşısının alınması, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün region ölkələrini, həmçinin dünya birliyində yer alan dövlətlərin təbiəti mühafizə qurumlarını, beynəlxalq ekoloji təşkilatları birləşməyə çağırıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Laçına komendant təyin olundu 3 Dekabr 2020, 17:50 Ermənistan XİN rəhbəri Moskvaya gedir 3 Dekabr 2020, 17:44 Qubadlı uğrunda şəhid olan müəllim 3 Dekabr 2020, 17:38 “8 noyabr zəfəri düşmənin 200 illik təxribatlarına ən layiqli cavabdır” - Siyavuş Novruzov 3 Dekabr 2020, 17:32 Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı 3 Dekabr 2020, 17:26 Kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib   3 Dekabr 2020, 17:20 Manat və dolların sabahkı məzənnəsi 3 Dekabr 2020, 17:14 Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər 3 Dekabr 2020, 17:08 Şuşa döyüşünün ŞƏHİDİ - Ailənin tək övladı Rəşad Ələkbərovun ömür DASTANI 3 Dekabr 2020, 17:02 FHN bu binanın avtodayanacağını bağladı - VİDEO 3 Dekabr 2020, 16:57 Lavrov Minsk qrupunun Qarabağ münaqişəsindəki rolundan DANIŞDI 3 Dekabr 2020, 16:51 Doktor, sağalacağıma ümid yoxdursa.., 3 Dekabr 2020, 16:47 Azərbaycan əsgərini ruhlandıranlar - VİDEO 3 Dekabr 2020, 16:41 “Azərsu” bölgələrdə içməli su layihələri həyata keçirir 3 Dekabr 2020, 16:37 Dünyada koronavirusa yoluxanların sayı 65 milyonu keçdi 3 Dekabr 2020, 16:32 Vətən uğrunda şəhid olan növbəti qardaşlar... - VİDEO 3 Dekabr 2020, 16:28 Türkiyənin sabiq müdafiə naziri vəfat etdi 3 Dekabr 2020, 16:23 Nazir Azərbaycanın qaz hasilatı ilə bağlı proqnozları açıqladı 3 Dekabr 2020, 16:18 Təqiblərə məruz qalan məşhur ŞUŞALI 3 Dekabr 2020, 16:12 Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi 3 Dekabr 2020, 16:06 Kəlbəcərli üç qardaş dünyasını dəyişdi 3 Dekabr 2020, 16:00 Baş infeksionistdən yoluxanlara çağırış: “Yalnız həkim təyinatı ilə müalicə olunun!” 3 Dekabr 2020, 15:54 Koronavirusa yoluxma yenidən artdı - 40 nəfər ÖLDÜ 3 Dekabr 2020, 15:48 Ceyhun Bayramov ATƏT-in iclasında Dağlıq Qarabağda yaşayan ermənilərdən DANIŞDI 3 Dekabr 2020, 15:27 Sabah şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM 3 Dekabr 2020, 15:21 Bakıda Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq 3 Dekabr 2020, 15:16 Kiçik Dəhnənin böyük ürəkli qəhrəmanı - VİDEO 3 Dekabr 2020, 15:10 ATƏT-in sədri: “Qarabağ danışıqları Minsk qrupu çərçivəsində aparılmalıdır” 3 Dekabr 2020, 15:04 Daha bir vəkil koronavirusdan vəfat etdi 3 Dekabr 2020, 14:58 Partiya sədri Paşinyana cinayət işi açmağı TƏLƏB ETDİ 3 Dekabr 2020, 14:53 Milli Məclis işğaldan azad edilmiş ərazilərlə bağlı qanun layihəsi hazırlayacaq 3 Dekabr 2020, 14:50 Ağdama bayrağımızı sancan igidlərimiz - VİDEO 3 Dekabr 2020, 14:45 Hazırda xəstəxanalarda 1245 hərbçi müalicə alır - Nazirlik 3 Dekabr 2020, 14:39 Müdafiə Nazirliyi: 100-dən artıq hərbçimiz müharibədə itkin düşüb 3 Dekabr 2020, 14:34 Vətən Müharibəsində şəhid olan hərbçilərimizin rəsmi sayı AÇIQLANDI 3 Dekabr 2020, 14:31
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?