Modern.az

“Karikaturaların dərc edilməsinin tərəfdarı deyiləm” - Makron

“Karikaturaların dərc edilməsinin tərəfdarı deyiləm” - Makron

31 Oktyabr 2020, 20:39

Fransa Prezidenti Emmanuel Makron müsəlmanların karikatura qalmaqalı ilə əlaqədar keçirdiyi hissləri başa düşdüyünü bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

 

“Mən Məhəmməd peyğəmbərin karikaturalarının nəşri ilə əlaqədar müsəlmanların hisslərini başa düşürəm, lakin onların yayımlanmasının arxasında hökumət durmayıb, bu məsələlər hökumətlə əlaqəsi olmayan azad və müstəqil mediadan qaynaqlanır”, deyə E. Makron “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində E.Makron həmçinin əlavə edib ki, onun sözlərinin mənası təhrif olunur və o, karikaturaların dərc edilməsinin tərəfdarı deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?