Arxiv
9 Noyabr 2020, 12:22 | DİASPOR
Dünya azərbaycanlıları “Bir olaq, Qarabağa dəstək olaq!” deyir

Diasporla İş üzrə Dövlət Komitəsi Dövlət Bayrağı Günü ilə əlaqədar dünya azərbaycanlılarının iştirakı ilə “Bir olaq, Qarabağa dəstək olaq!” adlı virtual görüş təşkil edib. 

 

Modern.az xəbər verir ki, 49 ölkədən 100-dən çox soydaşımızın qatıldığı görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Komitə sədri  Fuad Muradov Prezident İlham Əliyevin "Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır” fikrini  diqqətə çatdırıb və soydaşlarımızın hər birini Dövlət Bayrağı günü münasibətilə təbrik edib.

 

Komitə sədri Azərbaycan dövlətinin işğal altında olan torpaqlarımızı azad etmək üçün apardığı haqlı mübarizədən, Ali Baş Komandanın misilsiz xidmətlərindən və rəşadətli ordumuzun uğurlarından  danışıb, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük əzmkarlıq göstərən, ordumuza və mülki şəxslərə humanitar yardımını əsirgəməyən Azərbaycan diaspor təşkilatlarına, diaspor üzvlərinə minnətdarlığını çatdırıb, soydaşlarımızı erməni təxribatlarına qarşı diqqətli olmağa çağırıb. 

 

Xaricdə yaşayan soydaşlarımız bildiriblər ki, Vətən torpağının hər qarışında, o cümlədən düşmən tapdağından azad  olunan ərazilərimizdə əzəmətlə  dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımız hər bir azərbaycanlının qəlbində qürur və fərəh hissi yaradır. Biz milli qürur mənbəyimiz olan üçrəngli bayrağımızı dünyanın müxtəlif ölkələrində dalğalandırmağımızla fəxr edirik. 

 

Komitəyə gələrək görüşə  qatılan xalq artisti Fəxrəddin Manafov, Türkiyədə yaşayan böyük sənətkarımız Cahangir Novruzov, Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür və digər qonaqlar  dünya azərbaycanlılarının birliyindən fəxarət hissi keçirdiklərini, bir bayraq eşqinə bir bayraq altında toplaşan dünya azərbaycanlılarının hər zaman dövlətimizin yanında olduqlarını, öz zəkası, siyasi iradəsilə dünyada Azərbaycanın nüfuzunu qaldıran Ali Baş Komandana və xalqımıza zəfər sevinci yaşadan Ordumuza minnətdarlıqlarını  bəyan ediblər.

 

Dünya azərbaycanlılarının Qarabağa dəstək aksiyalarının əks olunduğu maraqlı videogörüntülər, Türkiyədə yaşayan məşhur Manafzadələr ailəsinin ifa etdiyi “Əsgər marşı”, İsveçdəki “Qarabağ” uşaq qrupunun çıxışı dünya azərbaycanlılarının birlik toplantısının bədii-emosional ruhunu daha da zənginləşdirib. 

 

Qarabağ üçün hər zaman bir olduqlarını, birliyimizlə tarix yazdığımızı bildirən soydaşlarımız əllərində üçrəngli bayrağımızı dalğalandıraraq  görüşü bu möhtəşəm mənzərə ilə başa vurublar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Numan Kurtulmuş Gəncədən şəkillər paylaşdı - FOTO 29 İyul 2021, 08:50 Türkiyədə meşə yanğını böyük təhlükə yaratdı   29 İyul 2021, 08:46 Meksikalı jurnalistin Qarabağ təəssüratları 29 İyul 2021, 08:42 Qəbul imtahanında ən yüksək balı o topladı - FOTO 29 İyul 2021, 08:24 Erməni terrorçuların məhkəməsi davam etdirilir 29 İyul 2021, 08:17 Leyla Abdullayeva Oxçuçay fəlakətindən YAZDI 29 İyul 2021, 08:09 Məhəmməd Abdullayev də uduzdu 29 İyul 2021, 08:05 Daha bir cüdoçumuz "Tokio-2020"ni medalsız başa vurdu 29 İyul 2021, 08:02 Ermənistan Kəlbəcərdəki mövqelərimizi yenə atəşə tutdu 29 İyul 2021, 07:25 İsrail polisi 11 yaşlı fələstinlini güllələdi 29 İyul 2021, 01:00 İmişlidə güclü yanğın - FOTO 29 İyul 2021, 00:56 “Qalatasaray” da mübarizəni dayandırdı - ÇL 29 İyul 2021, 00:42 Zelenski ordu rəhbərliyini dəyişdi 29 İyul 2021, 00:31 II və III qrup üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 29 İyul 2021, 00:20 Daha iki müəllimliyə namizəd ən yüksək bal topladı - FOTO 29 İyul 2021, 00:12 Bu gün iki idmançımız mübarizəyə qoşulacaq - Tokio-2020 29 İyul 2021, 00:01 Xaçmazda şadlıq sarayında bədbəxt hadisə 28 İyul 2021, 23:55 Zərdabda peyvənd olunmayan bəy və gəlin toya buraxılmadı - FOTO 28 İyul 2021, 23:39 Antalyanı meşə yanğınları bürüdü - FOTOLAR   28 İyul 2021, 23:27 Samuxda toy qaydalarını pozanlar cəzalandırıldı - FOTO 28 İyul 2021, 23:23 Zod yatağında iş dayandı, işçilər və texnika ərazidən çıxarıldı - VİDEO 28 İyul 2021, 23:11 “Bakı Bəyannaməsi strateji əlaqələri daha da möhkəmləndirəcək” 28 İyul 2021, 23:05 "Neftçi" Çempionlar Liqası ilə vidalaşdı 28 İyul 2021, 22:57 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 28 İyul 2021, 22:51 Ukraynada təyyarə evin üstünə düşdü - FOTO 28 İyul 2021, 22:38 Türkiyədə yoluxma sayı kəskin artdı 28 İyul 2021, 22:24 Bakı küləyi "Olimpiakos"un oyunçusuna çətin anlar yaşatdı - VİDEO 28 İyul 2021, 22:10 Goranboyda maşın aşdı - xəsarət alanlar var 28 İyul 2021, 21:57 Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə etdi 28 İyul 2021, 21:43 Diaspor nümayəndələrinin Şuşa səfəri nəyi dəyişəcək   28 İyul 2021, 21:32 Bakıda idman zalında yarış keçirən şəxs saxlanıldı 28 İyul 2021, 21:32 Naxçıvanda ər işləmək istəyən arvadını boşadı 28 İyul 2021, 21:21 Bayden Belarusun müxalifət lideri ilə görüşdü 28 İyul 2021, 21:08 Nyu-York sakinləri peyvənd vurdurmağa görə pul alacaqlar 28 İyul 2021, 20:59 Nazir Bakını tərk edən diplomatla görüşdü - FOTO 28 İyul 2021, 20:48