Arxiv
10 Noyabr 2020, 09:54 | PARLAMENT
“Sülhməramlıların gəlişi rus hərbi bazası demək deyil” - İstiqlalçı deputat 

Milli Məclisin istiqlalçı deputatı Vahid Əhmədov  Azərbaycan xalqını təbrik edib.

 

Modern.az xəbər verir ki, Vahid Əhmədov Azərbaycan xalqının tarixi qələbəsinin unudulmaz günlər kimi yaddaşlarda qalacağını bildirib:

 

"Mən bütün xalqımızı, dünya azərbaycanlılarını, Ali Baş Komandanımızı və bizə bu qələbəni qanı canı ilə bəxş edən Azərbaycan ordusunu təbrik edirəm. Qürurlu tarixə şahidlik edirik.

 

30 ilə yaxın idi ki, bir milyona yaxın insanlarımız məcburi köçkün həyatı yaşayırdı. Şükürlər olsun ki,  şanlı tariximizi yazan rəşadətli Ordumuz, bizə bu xoşbəxtliyi yaşatdı. Biz kimsənin inanmadığı, heç kimin edə bilmədiyini gerçəkləşdirdik. Biz prezident İlham Əliyevin də dediyi kimi, dünyaya necə qüdrətli bir dövlət, əzmkar bir millət olduğumuzu sübut etdik. Biz millət və silahlı qüvvələr olaraq tarix kitablarına adımızı qızıl hərflərlə yazdırdıq. Yüz illərlə dünyanın çeşidli ölkələrində bizdən bəhs ediləcək, hər yerdə Azərbaycan adı gələndə köks ötürəcək. Bir sözlə, bu qələbini ifadə etməkdə söz acizdi”. 

 

Vahid Əhmədov  Qarabağda yerləşdirilən sülhməramlılara da münasibət bildirib:

 

“Yeri gəlmişkən, bölgəyə Rusiya sülhmərmalılarının gəlişindən əndişələnən soydaşlarımıza səslənirəm.  Heç kim narahat olmasın. Əvvəla, Rusiya doxsanıncı illərdəkindən fərqli olaraq bu əməliyyatlar dönəmində səmimiyyətini və digər vasitəçi dövlətlərdən, Ermənistanın aşkar-gizli havadarlarından fərqli olaraq neytrallığını qorumaqla Azərbaycanın səmimi dostu olduğunu və bizimlə strateji müttəfiqlik münasibətlərində olmaq istəyini ortaya qoydu. Eyni zamanda bölgəyə azsaylı sülhyaradıcı rus kontingentinin gəlməsi heç bir halda Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməsin. Bu sadəcə Türkiyə hərbçiləri ilə birlikdə məhdud sayda sülhmərmalı hərbçilərin mövcudluğundan ibarət olacaq. 

 

Bir vacib məqamı da unutmayaq ki, bölgədəki sülhün qarantı təkcə Rusiya deyil, bizi biz yapan qardaş ölkəmiz - Türkiyə də olacaq. Türkiyənin yeddidən yetmişədək bütün vətəndaşlarına sonsuz təşəkkürümü və minnətdarlığımı da bildirirəm və Ərdoğanın Türk dünyasının lideri adına haqq etdiyini qəbul edirəm. Türkiyə savaş dönəımində Azərbaycana verdiyi misilsiz mənəvi dəstəyinə görə hər birimizin qəlbində özünə əbədi yer qazandı. Eşq olsun Türkiyə-Azərbaycan qardaşlığına". 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə İtaliyadan vertolyot alışını dayandırdı 11 Aprel 2021, 13:55 Çayxanada şənlik təşkil edənlər cərimələnib 11 Aprel 2021, 13:52 Putin yenə hədələyir: Qərb hazır olmalıdır 11 Aprel 2021, 13:42 Ermənilər Ağdamı addım-addım məhv ediblər - Prezidentin köməkçisi 11 Aprel 2021, 13:15 Türk Şurasının nümayəndəsi Ağdamdan UNESCO-ya səsləndi: “Buna göz yumulmamalıdır” 11 Aprel 2021, 13:00 Vətən müharibəsi bizi həsrətlə gözlədiyimiz Qarabağ torpaqlarına qovuşdurdu 11 Aprel 2021, 12:52 Türkiyə İtaliyadan helikopter alışını dayandırdı 11 Aprel 2021, 12:45 Koronavirusa yoluxanlar üçün Ramazan TÖVSİYƏLƏRİ 11 Aprel 2021, 12:37 Türk Şurasının rəsmiləri Ağdam Cümə məscidini ziyarət ediblər - FOTOLAR 11 Aprel 2021, 12:30 Rusiyada pandemiya qurbanlarının sayı 103 minə çatdı 11 Aprel 2021, 12:22 Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığında olublar - FOTOLAR 11 Aprel 2021, 12:15 “Bəzi türk dövlətləri müharibə zamanı Azərbaycanı dəstəkləməyə cəsarət etmədi” - Sabir Rüstəmxanlı 11 Aprel 2021, 12:07 Şimşək, yağış, dolu... - Sabahın hava PROQNOZU 11 Aprel 2021, 12:00 Hacıqabulda 29 yaşlı qadın özünü gölə atdı 11 Aprel 2021, 11:52 DİM imtahan keçirir 11 Aprel 2021, 11:44 İctimai yerdə gəzən daha bir koronavirus xəstəsi YAXALANDI 11 Aprel 2021, 11:37 Ermənistanda koronavirusdan ölənlərin sayı 3800-ə çatır 11 Aprel 2021, 11:30 Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb - FOTOLAR 11 Aprel 2021, 11:23 Naftalanda toy edənlər cərimələndi 11 Aprel 2021, 11:17 Türkiyənin Ukraynanı dəstəkləməsi Ərdoğan-Putin münasibətlərini pozacaq? - ŞƏRH 11 Aprel 2021, 11:10 Koronavirusdan sağalanlarda üzə çıxan DƏHŞƏTLİ İZLƏR 11 Aprel 2021, 11:03 İTBAŞI (23-cü bölüm) - SON 11 Aprel 2021, 10:56 Polis reyd keçirdi - sürücülər və piadalar cərimələndi 11 Aprel 2021, 10:50 Vaqif Cavadovun atası koronavirusdan öldü  11 Aprel 2021, 10:43 Salyanda ağır qəza - yaralılar var 11 Aprel 2021, 10:37 Türk Şurasına üzv dövlətlərin nümayəndələri Ağdam və Gəncəyə gedir 11 Aprel 2021, 10:30 Saatlıda gecə işləyən çayxana aşkarlandı 11 Aprel 2021, 10:22 Koronavirusa yoluxanların sayı 135 milyonu ötdü 11 Aprel 2021, 10:15 Yevlaxda açıq havada toy edənlər CƏRİMƏLƏNDİ 11 Aprel 2021, 10:07 Füzulinin Aşağı Rəfədinli kəndi - VİDEO 11 Aprel 2021, 10:00 Çində koronavirusla bağlı son vəziyyət 11 Aprel 2021, 09:53 Ağdamda 3 otaqlı ev yandı 11 Aprel 2021, 09:47 Qırğızıstanda seçkilər keçirilir - FOTO 11 Aprel 2021, 09:40 Bu qəhvə şəkər xəstəliyi riskini azaldır, yağları əridir - FOTO 11 Aprel 2021, 09:33 Ramazanda sərt karantin olacaq? - VİDEO 11 Aprel 2021, 09:27