Modern.az

“Əgər bunu etməsək, erməni vandalizmini dünyaya qəbul etdirə bilmərik” - TƏKLİF

“Əgər bunu etməsək, erməni vandalizmini dünyaya qəbul etdirə bilmərik” - TƏKLİF

Mədəni̇yyət

14 Noyabr 2020, 16:12

Artıq 30 illik həsrətimiz sona çatır, bütün məcburi köçkünlər öz doğma torpağına, yurd-yuvasına qayıtmağı səbrsizliklə gözləyirlər. Amma ermənilər doğma torpaqlarımızda hər şeyi talan ediblər. Hətta tarixi Alban abidələrimizi belə saxtalaşdırıb, erməniləşdirdikləri bəs deyilmiş kimi, dağıdıblar.

 

Tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədova 30 ildir əsarətdə olan tarixi abidələrimiz haqqında Modern.az-a danışıb. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə tarixi abidələr, dəymiş maddi ziyanlar üzərində beynəlxalq komissiyaların işləməsi çox mühümdür:

"Minalardan təmizlənmə işi başa çatdıqdan sonra, işğaldan azad olunmuş ərazilərə mütləq ilk öncə müxtəlif təyinatlı beynəlxalq komissiyalar təşkil olunub gətirilməlidir. Həmçinin bizim Alban abidələri, tarixi abidələrimiz həmin ərazilərdə dağıdılıb və ya saxtalaşdırılıb. Bununla bağlı beynəlxalq xarakterli elmi ekspedisiyalar təşkil olunmalıdır. Əgər beynəlxalq elmi ekspedisiyalar olmasa, abidələrin ermənilər tərəfindən məhv edilməsini, dağıdılmasını, saxtalaşdırılmasını dünyaya qəbul etdirə bilmərik".

 

Tarixçi bildirib ki, digər tərəfdən abidələrin beynəlxalq elmi status alması üçün həmin tərkibdə müxtəlif ölkələrin nüfuzlu mütəxəssisləri arxeoloji ekspedisiyalarda iştirak etməlidir:

"Bu məsələnin gündəmdə qalması çox vacibdir. Azad edilmiş ərazilərdəki erməni vandalizminin izini dünyaya çatdırmaq üçün müxtəlif xarakterli beynəlxalq komissiyalar təşkil olunmalıdır. Hazırda videomateriallar, həmin ərazilərdən görüntülər dünyaya təqdim olunur, xarici jurnalistlər də gəlib çəkiliş edirlər, kütləvi informasiya vasitələri işıqlandırırlar. Toxunduğumuz arxeoloji abidələrlə bağlı elə məsələlər var ki, mütəxəssislərə ilk görüntü, mənzərə ilə təəsüratı çatdırmaq mümkün deyil".

 

F.Əhmədova xatırladıb ki, ermənilər Azıx mağarasında da qanunusuz ekspedisiya təşkil ediblər:

"Bu səbəbdən azad edilmiş ərazilərə toxunulmamış bu tədbirləri görmək lazımdır. Müvafiq orqanlar öz sahələrində bu məsələ ilə əlaqəli beynəlxalq təşkilatları bu işə cəlb etməlidir. Həm həqiqətlərimiz dünyaya çatdırılsın, həm də elmi tədqiqatlarımız beynəlxalq səviyyəli status qazansın".

 

Mehri QURBAN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı