Modern.az

Azərbaycan əsgərləri Cıdır düzündə yallı getdilər - VİDEO

Azərbaycan əsgərləri Cıdır düzündə yallı getdilər - VİDEO

Mədəni̇yyət

14 Noyabr 2020, 22:03
 
 

 

Azərbaycan əsgərləri Qarabağın incisi Şuşanın Cıdır düzündə yallı gediblər.

 

Modern.az xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb.

 

Xatırladaq ki, əsgərlərimizin rəqs etdiyi yerdə vaxtilə sərxoş Nikol Paşinyan yallı getmişdi. Prezident İlham Əliyev xalqa müraciətində bu barədə danışarkən demişdi: Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq... Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!

 

Vətən savaşının başladığı ilk gündən cəsarətli, prinsipal və ardıcıl mövqeyini ortaya qoyan Müzəffər Ali Baş Komandan İlham Əliyev “Şuşasız bizim işimiz yarımçıq qalar” söyləmişdi və verdiyi bütün vədlər kimi, bu vədini də ən qısa müddətdə yerinə yetirdi. Şanlı Azərbaycan Ordusunun işi yarımçıq qalmadı, şəhidlərimizin qanı ilə boyanan müqəddəs bayrağımız noyabrın 8-də Şuşa qalasına sancıldı. Azərbaycan Ordusu bununla bir daha sübut etdi ki, bu torpaqların əsl sahibləri azərbaycanlılardır!

 

 
 
 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!