Modern.az

Münhendə qələbə yürüşü keçirilib - FOTO

Münhendə qələbə yürüşü keçirilib - FOTO

Diaspor

17 Noyabr 2020, 12:07

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Səttar Kərimovun təşəbbüsü və Münhendə yaşayan azərbaycanlıların iştirakı ilə Qarabağdakı tarixi qələbəmiz münasibətilə Münhen şəhərinin mərkəzi küçələrində avtoyürüş keçirilib.

 

Modern.az xəbər verir ki, üzərində üçrəngli Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən soydaşlarımız 30 illik işğala son qoyulmasını, qısa vaxtda qazandığımız tarixi qələbəni qürurla qeyd ediblər. 

 

Diqqətə çatdırılıb ki, bu qələbə Ali Baş  Komandan İlham Əliyevin qətiyyətinin, müzəffər Azərbaycan ordusunun şücaətinin və xalqın birliyinin nəticəsidir. 

 

Tədbir iştirakçıları xalqımıza sonsuz sevinc hissini yaşadan hər kəsə minnətdarlığını bildirib və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir