Modern.az

Azərbaycanda problemli kreditlərin həcmi bu qədərdi

Azərbaycanda problemli kreditlərin həcmi bu qədərdi

İqtisadiyyat

17 Noyabr 2020, 16:45

2020-ci il oktyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14873,7 milyon manat təşkil edib.


Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, ümumi kredit portfelinin 12404,4 milyon manatı və ya 83,4 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 97,5 faizi banklar, 2,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1069,5 milyon manat olub və ümumi kredit portfelinin 7,2 faizini təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu