Modern.az

“Dövlətqaçqınkom”un adı dəyişdirlə bilər

“Dövlətqaçqınkom”un adı dəyişdirlə bilər

Aktual

19 Noyabr 2020, 16:54

44 gün davam edən İkinci Qarabağ Müharibəsi Azərbaycan Ordusunun qalibiyyəti ilə yekunlaşdı. Noyabrın 10-da Ermənistan, Azərbaycan və Rusiya rəhbərlərinin birgə bəyanatı ilə Azərbaycanın 30 ilə yaxındır işğal altında olan torpaqları düşmən tapdağından azad edildi. Bir milyona yaxın qaçqın və məcburi köçkünümüz artıq öz doğma torpaqlarına qaytarılır.

 

Buna görə son günlər cəmiyyətdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə əlaqədar fikir ayrılıqları formalaşıb. Belə ki, sosial şəbəkələrdə artıq qurumun fəaliyyət istiqamətinin dəyişdirilməsinə ehtiyac olduğu haqqında paylaşımlar edilir. Hətta vətəndaşlar qələbə əhval-ruhiyyəsinə uyğun olaraq, “Dövlətqaçqınkom”un adının da dəyişdirilməsini də təklif edirlər.   

 

Cəbrayıllı deputat Ceyhun Məmmədov Modern.az-a dövlət qurumu ilə bağlı qərar haqqında səlahiyyətlərin ölkə başçısına aid olduğunu söyləyib.

 

Deputat hesab edir ki, “Dövlətqaçqınkom”un adının dəyişdirilməsi məsələsi də nəzərdən keçirilə bilər:

 

“Əgər qurumun funksiya genişləndirilsə, ad dəyişdirilməsi nəzərdən keçirilə bilər. Bizim vətəndaşlarımız artıq gələcək illərdə qaçqın-köçkün statusu daşımayacaqlar. Artıq qaçqın və məcburi köçkünlərin evlərinə qayıtması istiqamətində işlərə başlanıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi