Modern.az

Ərdoğanın müavini koronavirusa yoluxdu

Ərdoğanın müavini koronavirusa yoluxdu

Hadisə

19 Noyabr 2020, 23:03

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Mehmet Özhaseki koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, o, bu barədə özünün tvitter hesabında yazıb. 

 

 “COVİD-19 testimin nəticəsi pozitiv çıxdı. Həmd olsun, hazırda vəziyyətim yaxşıdır və həkimlərin tövsiyəsi ilə müalicəm evdə davam edir. Xeyir-dualarınızı əskik etməyin. Təmasda olduğum dostlarımın diqqətli olmasını xüsusən rica edirəm", - deyə siyasətçi bildirib.

 

Qeyd edək ki, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğandır.

 

T.İSMAYIL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar