Modern.az

Özünü atmaq üçün rabitə qülləsinə çıxdı

Özünü atmaq üçün rabitə qülləsinə çıxdı

21 Noyabr 2020, 20:33

Bu gün axşam saatlarında Zaqatalanın Mamrıx kəndində intihara cəhd hadisəsi baş verib. 

 

Modern.az xəbər verir ki, kənd sakini 1997-ci il təvəllüdlü Elşad Rasim oğlu Ramazanov kəndin ərazisində quraşdırılmış mobil rabitə qülləsinin üstünə çıxaraq özünü atmaq istəyib. 

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. 

E.Ramazanovla aparılan psixoloji danışıqlar nəticəsində onu intihar etməkdən yayındırmaq mümkün olub. O, müayinə edilmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

 

Faktla bağlı araşdırma aparılır (apa).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir