Arxiv
24 Noyabr 2020, 11:35 | PARLAMENT
Türkü ya sevməlisən, ya da ona hörmət etməlisən  

Sovetlər İttifaqı dağılanadək (yaxşı ki, dağıldı) dünya iki qütbdən ibarət idi. Təxminən bərabər güclər qarşı-qarşıya dayanmışdı. Dünya xalqları daima səksəkədə idi ki, hər an üçüncü dünya-nüvə müharibəsi başlaya bilər. Sovetlərinsüqutundan sonra yeni şərtləri diqtə edən birqütblü dünya yarandı. Bir çox ölkələrdə rəngli inqilablar baş verdi. Maraqlı olan budur ki, onların əksəriyyəti Yaxın Şərq-müsəlman ölkələrini hədəf seçdi,bir çox dövlətlər iflic vəziyyətinə düşdü. Yaxın Şərqdə vətəndaş müharibələrinin əks-sədası hələ də səngimək bilmir. Hazırda hansı dünyada yaşadığımızı ayırd etmək çətindir. Bilinmir hansı dünyada yaşayırıq:birqütblü, ikiqütblü, yoxsa çoxqütblü. Bu cür dünya nizamının ağır fəsadları da ortadadır. İşğal,anneksiya faktları baş alıb gedir, Yaxın Şərq, müsəlman dünyası hələ də stabilləşmir. Ən böyük narahatlıq  ondadır ki, hətta işğal və anneksiya faktlarına münasibətdə belə ikili standartlara şahidlik edirik. Adını “ikiüzlü”də qoya bilərik. Təəssüf ki, müsəlman ölkələrinə yanaşmada islam faktoru süni şəkildə qabardılır, son dövrlərdə isə türkfobiya gündəmə gətirilir. Görünən odur ki, bəzən bu qəsdən edilir...

 

44 günlük Vətən müharibəsi dövründə həmsədrlərdən biri olan Fransanın tərəfsiz vasitəçiliyə riayət etmədiyini gördük. Fransa prezidenti bəyan etdi ki, ”Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”.  Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturası ilə bağlı dövlət rəhbərliyi səviyyəsində təhlükəli açıqlamaya şahidlik etdik, daha sonra bu ölkənin Xarici işlər naziri ermənipərəst bəyanatla çıxış etdi. İndi də fransalı imamlara resbublika dəyərləri xartiyasını qəbul etmək üçün 15 gün vaxt verilib. Sanki islamofobiya və türkfobiya demokratik Fransanın  ən əsas“dərd-sərinə” çevrilib. Üstəlik,yayılan məlumatlara əsasən, bu ölkənin senatında qondarma Dağlıq Qarabağ respublikasının müstəqilliyinin tanınması ilə bağlı qərar layihəsi hazırlanır. Bu, bir tərəfdən beynəlxalq hüququn pozulması deməkdirsə, digər tərəfdən Fransanın tərəfsiz vasitəçilik mandatını əzəldən adekvat dəyərləndirmədiyinə işarədir. Bu gün Ermənistanın baş naziri Paşinyan özünün Twitter səhifəsində belə bir paylaşım edib ki,”Dost Fransa Ermənistanın və erməni xalqının yanındadır”. Fransa hökuməti adından humanitar yardım daşıyan ilk təyyarə artıq İrəvana eniş edib. 30 il ərzində milyona yaxın qaçqın və köçkünü, hələ Birinci Qarabağ savaşından minlərlə şəhid və qazi ailəsi olan Azərbaycana münasibətdə bu həssas yanaşmanı görmədik. Vətən müharibəsi günlərində Gəncə və Bərdənin mülki əhalisinə Ermənistan ərazisindən ballistik raket və kassetli bombalarla hücum ediləndə,vasitəçi Fransanın sərt qınağının şahidi olmadıq. Amma zamanında məhz tərəfsiz vasitəçilik öhdəliyini öz üzərinə götürən ölkədən bu qınağı eşitməli və görməliidik. Nədənsə eşitmədik. Görəsən nədən?

 

Məzarların baş daşında mərhumun doğulduğu, daha sonra bu dünyanı tərk etdiyi tarix göstərilir. 30 ilə yaxın müddətdə Qarabağda şəhər və rayonlarımızın işğal tarixləri bizlər üçün yas-matəm günləri olub. Erməni vandallığı nəticəsində kənd və qəsəbələrimiz, şəhər və rayonlarımız viran qoyulub. Çünki, işğal olunduqları gün bu torpaqlarımıza qəsd edildiyi, onların erməni faşizmi tərəfindən”öldürüldüyü” tarixdir.

 

44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Quruculuq-abadlıq işlərindən sonra, bu şəhər və rayonlarımızın girişində xatirə abidələri ucaldılacaq. Onların üzərində işğal edildikləri gün-ölüm, işğaldan azad olunduqları gün isə-doğum tarixi kimi göstəriləcək. Uca Tanrı istəyəndə, ali lütfünü göstərəndə cansıza can verə, doğum və ölüm tarixlərinin yerlərini həqiqətən dəyişdirə bilir. Amma bunu sevimli, seçdiyi bəndələrinin əli ilə edir. Allah Ali Baş Komandanımıza və Ordumuza bundan sonra da yar olsun. Uca Tanrı Şəhidlərimizə rəhmətetsin,yaralı həmvətənlərimizə şəfa versin.

 

Türkfobiya,islamofobiyadan “əziyyət” çəkən ölkə rəhbərləri isəbir həqiqəti qəbul etməlidirlər ki,nə xristian, nə də islam dinində olanlardan qorxmaq lazım deyil. Bacarırsansa, hər ikisini eyni dərəcədə sevməlisən. Bunu bacarmırsansa, Allahın adı ilə bağlı olan müxtəlif dinlərə eyni səviyyədə hörmət göstərməlisən. Onların heç birindən qorxmamalısan. Bu, millətlərə də aiddir: Türkü ya sevməlisən, ya da ona hörmət etməlisən. Cəlil Məmmədquluzadənin məşhur bir hekayəsi var, ”Allah xofu” adlanır. Azərbaycanı və azərbaycanlıları, türksoylu millətlərin ruhunu anlamaq üçün bu əsəri oxumaq faydalı olardı. Allahı sevdiyin kimi, həm də onun qəzəbindən qorxmalısan. Siyasi maraqlar günahlara vəsilə olmamalıdır. Türkfobiya və islamofobiyaya yoluxan cənablar, özünüzü günahlardan qoruyun.

 

 

Milli Məclisin deputatı   

Ülvi Quliyev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məktəb avtobusu qəzaya düşdü - xəsarət alanlar var 27 Yanvar 2021, 08:31 Daha 31 erməni hərbçinin meyiti Ermənistana təhvil verildi 27 Yanvar 2021, 08:19 “Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman 27 Yanvar 2021, 01:04 Senat Trampın impiçmentini təxirə saldı 27 Yanvar 2021, 00:50 Ceyhun Bayramov Fransanın dövlət katibi ilə üçtərəfli bəyanatı müzakirə etdi 27 Yanvar 2021, 00:34 Bayden NATO baş katibi ilə danışdı: "ABŞ kollektiv müdafiəyə sadiqdir" 27 Yanvar 2021, 00:26 FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək 27 Yanvar 2021, 00:10 "Çelsi"yə yeni baş məşqçi təyin olundu 26 Yanvar 2021, 23:58 Türkiyədə daha 134 nəfər virusdan öldü 26 Yanvar 2021, 23:49 Baş nazirin müavini koronavirusa yoluxdu 26 Yanvar 2021, 23:35 Keçmiş baş nazir qanunsuz varlanmaqda ittiham olunur 26 Yanvar 2021, 23:21 Dünyanın ən bahalı brendi açıqlandı 26 Yanvar 2021, 23:09 Rəsmi Bakıdan AŞPA-nın qətnaməsinə REAKSİYA 26 Yanvar 2021, 22:53 Putin Baydenlə müzakirələr apardı 26 Yanvar 2021, 22:47 “Qarabağda nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb” - Zərif   26 Yanvar 2021, 22:34 Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib 26 Yanvar 2021, 22:20 Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu 26 Yanvar 2021, 22:12 Paşinyanın diplomatik pasportu oğurlanıb 26 Yanvar 2021, 22:07 Ermənistan nümayəndə heyətinin AŞPA-kı təklifləri rədd edildi 26 Yanvar 2021, 21:58 ABŞ-ın yeni dövlət katibi məlum oldu 26 Yanvar 2021, 21:46 İran Rusiya ilə birgə peyvənd istehsal edəcək 26 Yanvar 2021, 21:41 "Qarabağda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur" - Heyko Maas 26 Yanvar 2021, 21:30 Türkiyədə güclü qasırğa fəsadlar törətdi 26 Yanvar 2021, 21:16 Bu ölkə “TikTok”a həmişəlik qadağa qoydu 26 Yanvar 2021, 21:09 Mədəniyyət komitəsi onlayn toplaşdı - FOTO 26 Yanvar 2021, 20:58 “Ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik” 26 Yanvar 2021, 20:43 Dövlət Vergi Xidməti işçi axtarır 26 Yanvar 2021, 20:31 Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06