Modern.az

Kəlbəcərin səhiyyə statistikası açıqlanıb

Kəlbəcərin səhiyyə statistikası açıqlanıb

26 Noyabr 2020, 11:37

TƏBİB Kəlbəcər rayonunun səhiyyə statistikasını açıqlayıb.

TƏBİB-dən Modern.az-a bildirilib ki, işğaldan əvvəl rayonda 1 Mərkəzi Xəstəxana, 1 Uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 tibbi məntəqə, 23 ambulatoriya mərkəzi fəaliyyət göstərib. Həmçinin, burada 9 aptek vətəndaşlara xidmət göstərib. 

"Ümumiyyətlə, Kəlbəcər rayonu "yaşıl aptek” adlandırılırdı. Təkcə rayonun İstisu qəsəbəsində mövcud olan Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyalarında hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi", - deyə məlumatda qeyd olunub.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir