Modern.az

Millimiz FIFA reytinqində 5 pillə irəlilədi

Millimiz FIFA reytinqində 5 pillə irəlilədi

26 Noyabr 2020, 13:52

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 

Modern.az xəbər verir ki, ötən siyahı ilə müqayisədə Azərbaycan millisi 5 pillə irəliləyib.

 

Hazırda yığma 1180 xalla 109-cu sırada qərarlaşıb.

 

İrəliləyişə səbəb yığmanın yoldaşlıq görüşündə Sloveniya, UEFA Millətlər Liqasının son matçlarında isə Monteneqro və Lüksemburqla qolsuz heç-heçə etməsidir.

 

Komandanın Millətlər Liqasındakı rəqiblərindən Monteneqro bir pillə irəliləyib və 1370 xalla 63-cü sıradadır. Üç pillə geriləyən Lüksemburq seçməsə 1235 xalla 98-ci, bir pillə geriləyən Kipr isə 1224 xalla 100-cüdür.

 

1487 xala malik Türkiyə millisi 32-ci pilləyə yüksəlib.

 

Reytinqin ilk üç pilləsində Belçika (1780), Fransa (1755) və Braziliya (1743) yer alıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi