Modern.az

“AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib

“AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib

28 Noyabr 2020, 16:52

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən QSC-nin Daşkəsən rayonunda yerləşən “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib.

 

 Yaşıllıq sahələrinin artırılması və ekoloji tarazlığın təmin edilməsinə töhfə vermək məqsədilə təşkil edilən aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, İqtisadiyyat nazirinin müavini, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və digər şəxslər iştirak ediblər. Aksiya çərçivəsində təqribən 4 hektar ərazidə ümumilikdə 3000 göyrüş, ağcaqayın və akasiya tingləri əkilib, həmçinin xüsusi ayırılmış əraziyə palıd, göyrüş və ağcaqayın  toxumları səpilib. Yeni əkilən ağac tingləri və toxumlar suvarılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib.

 

Xatırladaq ki,“Çovdar” mədənində bu cür ekoloji tədbirlər mütəmadi olaraq keçirilir.  Belə tədbirlərin icrası nəticəsində mədənin 15 hektardan çox ərazisində 10 000-dən artıq ağac və kol əkilib, yaşıllıqlar salınıb. Bununla yanaşı, təqribən 40 hektara yaxın ərazinin yaşıllaşdırılmasında istifadə edilməsi məqsədi ilə gələcəkdə salınacaq palıd tingliyi üçün 100 mindən çox toxum aqrotexniki qaydalara uyğun olaraq əkilib.

 

Qeyd edək ki, “AzerGold” QSC metal yataqlarının işlənilməsi istiqamətində fəaliyyət göstərən dağ-mədən şirkəti olaraq hasilat prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində ekoloji monitorinq proqramına uyğun mütəmadi olaraq toz ölçmə işləri icra edilir, torpaq, su hövzələri və su tutarlarından götürülən nümunələr əsasında təhlillər aparılır. Bununla yanaşı, istehsalat prosesi nəticəsində yaranan bütün növ tullantılar qanunamüvafiq şəkildə idarə olunur, istehsal fəaliyyəti zamanı yaranan, eləcə də yararsız hesab edilən tullantılar: civə, aktiv karbon, yağ, akkumulyator və PET şüşələr təkrar emala yönəldilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...