Modern.az

“İranın daha bir aliminə qarşı terror aktı törədiblər” - Zərifdən açıqlama

“İranın daha bir aliminə qarşı terror aktı törədiblər” - Zərifdən açıqlama

28 Noyabr 2020, 22:57

Beynəlxalq ictimaiyyət dövlət terrorizmi qarşısında dayanmalıdır.

 

Modern.az xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün tvitter səhifəsində yazıb.

 

Nazirin sözlərinə görə, terrorçular İranın daha bir aliminə qarşı terror aktı törədiblər. Bu terrorlar beynəlxalq qaydaları, humanizm prinsiplərini pozur.

 

Zərif əlavə edib ki, region və dünyada sülh və stabilliyi qorumaq məqsədilə İran terrorizmlə mübarizədə ön xəttəddir:


"Beynəlxalq ictimaiyyəti dövlət terrorizmini pisləməyə və regionda gərginliyi azaltmaq qarşısında konsensus yaratmağa çağırırıq".

 

Qeyd edək ki, ötən gün (27 noyabr) İranın Tehran vilayətinin Absərd şəhərində İranın nüvə alimi Möhsün Fəxrizadəyə sui-qəsd olunub. Sui-qəsd nəticəsində ağır yaralanan iranlı alim xəstəxanada ölüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir