Modern.az

Tramp Ağ Evdən kitab yazmağı düşünür

Tramp Ağ Evdən kitab yazmağı düşünür

Aktual

29 Noyabr 2020, 10:29

ABŞ-ın birinci xanımı Melaniya Tramp Ağ Evdə keçirdiyi dövr haqqında xatirə kitabı yazıb dərc etməyi düşünür.

 

Modern.az xəbər verir ki, bu barədə New York Postun əyləncə bölməsi sayılan Page Six” internet portalı məlumat yayıb.

 

Portalın yazdığına görə, Melaniya Tramp bununla bağlı bir sıra görüşlər keçirib və məsləhətləşmələr aparıb.

 

“Mənə dedilər ki, əri (ABŞ Prezidenti Donald Tramp) də onun bu addımını alqışlayıb”, - deyə mənbə bildirib.

 

Məqalədə hazırkı rəhbərin həyat yoldaşının həmin kitab nəşrinə görə çox pul ala biləcəyi qeyd olunur. Mənbə bildirir ki, bu, Melaniya Trampa “öz pulunu qazanması üçün yaxşı bir fürsət” qazandıracaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır