Modern.az

Türkiyədə son bir ayda 80 terrorçu zərərsizləşdirildi

Türkiyədə son bir ayda 80 terrorçu zərərsizləşdirildi

29 Noyabr 2020, 13:51

Türkiyə Müdafiə Nazirliyi son bir ayda 80 terrorçunun zərərsizləşdirildiyini bildirib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə  Türkiyə MN-nin yaydığı açıqlamada bildirilib.

 

Qeyd olunub ki, bir ay ərzində terrorla mübarizə çərçivəsində 8-i böyük, 26-sı orta dərəcəli olmaqla ümumilikdə 34 əməliyyat həyata keçirilib.

 

Açıqlamada o da bildirilib ki, FETO terror təşkilatının Türkiyədə 15 iyul 2016-cı ildə  dövlət çevrilişinə cəhdində iştirak edənlərdən bu günə qədər 20 min 564 heyət işindən azad edilib, 3 min 586 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.

 

Son bir ayda qanunsuz sərhəd keçən 35-i FETO mənsubu olan 6 min 863 nəfərin isə saxlandığı açıqlanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər