Modern.az

“Paşinyan məğlubiyyətin simvoludur” – Şarmazanov

“Paşinyan məğlubiyyətin simvoludur” – Şarmazanov

Aktual

29 Noyabr 2020, 14:19
“Məğlub olmuş torpaqverən vaxtilə vətəni azad edənlərə “avropalarda və moskvalarda boynu əyri ayaqqabı yalayanlar” deyirdi”.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar partiyasının üzvü Eduard Şarmazanov öz “Facebook” səhifəsində yazıb.

 


“Bu gün sən “türkün ayaqqabılarını yalamısan” və xahiş edirsən ki, Moskvada onların “ayaqqabılarını yalamağına” icazə versinlər.
 
 

İndi kim boynu əyri siyasət yürüdüb? Biz, yoxsa sən, ay misilsiz məhv edən? Cəsarətin və boş qürurun harada itib?
 
 

Paşinyan məğlubiyyətin simvoludur”, - deyə o qeyd edib.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür