Modern.az

“Koçaryana Putinlə görüşmək üçün vasitəçi lazım deyil” – Paşinyana CAVAB

“Koçaryana Putinlə görüşmək üçün vasitəçi lazım deyil” – Paşinyana CAVAB

Dünya

30 Noyabr 2020, 12:30

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın ofisi baş nazir Nikol Paşinyanın iddialarına cavab verib.

 

Modern.az xəbər verir ki, ofisin rəhbəri Viktor Soqomonyan Paşinyanın yalan danışdığını deyib.

“Baş nazir Koçaryanın Moskvaya getməzdən əvvəl koronavirusa yoluxması faktını qəsdən yazmayıb. Bundan başqa, Robert Koçaryan Putinlə görüşmək üçün heç bir vasitəçiyə ehtiyav duymur”- deyə o qeyd edib.

 

Xatırladaq ki, Paşinyan Koçaryanın Putinlə görüşmək üçün ondan vasitəçi olmağı xahiş etdiyini yazıb. O, eks-prezidentlərin Moskva səfərinin baş tutmadığını təəssüflə qeyd edib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı