Arxiv
1 Dekabr 2020, 13:10 | AKTUAL
“44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək” - İlham Əliyev

“Mən müharibənin ilk günündən bu günə qədər - sentyabrın 27-dən dekabrın 1-nə qədər Azərbaycan xalqına dəfələrlə müraciətlər etmişəm, qələbə sevincini bölüşmüşəm, azad edilmiş şəhərlərimizin müjdəsini vermişəm. Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki bu Qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi. Göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, lap balaca uşaqlar, yaşlı insanlar, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri bir arzu ilə, biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata keçirmişik. Bu gün bizim bütün arzularımız çin olub. Bu, hər birimiz üçün doğrudan da böyük xoşbəxtlikdir. Artıq müharibə arxada qaldı”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində söyləyib. 

 

“Mən müharibənin ilk günündən bu günə qədər - sentyabrın 27-dən dekabrın 1-nə qədər Azərbaycan xalqına dəfələrlə müraciətlər etmişəm, qələbə sevincini bölüşmüşəm, azad edilmiş şəhərlərimizin müjdəsini vermişəm. Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki bu Qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi. Göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, lap balaca uşaqlar, yaşlı insanlar, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri bir arzu ilə, biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata keçirmişik. Bu gün bizim bütün arzularımız çin olub. Bu, hər birimiz üçün doğrudan da böyük xoşbəxtlikdir. Artıq müharibə arxada qaldı.

 

Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir.

 

Mən bilirəm ki, bu günlər ərzində mənim hər bir çıxışımı Azərbaycan xalqı səbirsizliklə gözləyirdi. Çünki biz ilk günlərdən qələbə qazanmışdıq və bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz haradasa geriyə çəkilək, bir dəfə də. Halbuki müharibələrdə belə olur, ordular hücum edir, geri çəkilir, taktiki manevrlər edir. Biz bir gün də geri çəkilmədik. Yaralanmış və ağır vəziyyətdə olan əsgərlərimiz hospitallarda, xəstəxanalarda deyirdilər ki, tezliklə sağalaq, qayıdaq döyüş bölgəmizə. Şəhidlərimizin ruhu şad olsun, valideynləri onları dəfn edərkən deyirdilər ki, Vətən sağ olsun. Deyirdilər ki, ancaq irəli, ancaq irəli. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, - dövlət başçısı qeyd edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sərbəst güləşçilərimiz Fransada 5 medal qazandı 17 Yanvar 2021, 09:14 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatdı 17 Yanvar 2021, 09:09 Nyu-Yorkda vaksin çatışmazlığı 17 Yanvar 2021, 09:00 İran ABŞ-ın son sanksiyalarını "görüntü cəhdi" adlandırdı 17 Yanvar 2021, 08:54 Son sutkada koronavirusdan 14 mindən çox insan öldü 17 Yanvar 2021, 08:40 2050-ci ilə qədər Yerin temperaturu pik həddə çatacaq 17 Yanvar 2021, 08:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 08:15 Əfqanıstan silkələndi 17 Yanvar 2021, 08:08 Antalyadan qalxan təyyarədən Moskvada qəza enişi  17 Yanvar 2021, 07:46 Fransada etirazçılar 12 polisə xəsarət yetirdilər 17 Yanvar 2021, 07:41 Bakıda 32 yaşlı kişi tanışını bıçaqladı 17 Yanvar 2021, 07:36 Almaniyanın gələcək kansleri bu şəxs ola bilər 17 Yanvar 2021, 01:00 “Çelsi” derbidə qalib gəldi 17 Yanvar 2021, 00:46 İranın ballistik raketi ABŞ gəmisinin həndəvərinə düşdü 17 Yanvar 2021, 00:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 00:15 Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb 17 Yanvar 2021, 00:04 Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması 16 Yanvar 2021, 23:50 Kəlbəcərdə ev yandı - FHN söndürdü 16 Yanvar 2021, 23:43 İranda karantin qaydaları daha da sərtləşdirilə bilər 16 Yanvar 2021, 23:31 Türkiyə Super Liqasında qollu heç-heçələr 16 Yanvar 2021, 23:16 Fransa yenə qarışdı 16 Yanvar 2021, 23:01 Messi Super Kubokun finalında oynamayacaq? 16 Yanvar 2021, 22:50 “Paşinyan vəzifədən getsə, belə ordu ilə kim müharibəyə başlayacaq?” 16 Yanvar 2021, 22:35 Çin peyvəndindən sonra baş verə biləcəklər açıqlandı 16 Yanvar 2021, 22:22 Gəncədə azyaşlı dəm qazından boğuldu 16 Yanvar 2021, 22:08 Hirkan Milli Parkında yanğın davam edir 16 Yanvar 2021, 21:59 Bayden Viktoriya Nulandı yüksək vəzifəyə təyin edəcək 16 Yanvar 2021, 21:47 Azərbaycanda Vaksinasiya Strategiyası təsdiq edildi 16 Yanvar 2021, 21:32 İran ballistik raketlərini sınaqdan keçirdi 16 Yanvar 2021, 21:25 Britaniyada bir gündə 1295 nəfər virusdan öldü 16 Yanvar 2021, 21:11 “Barselona”da prezident seçkiləri ertələndi 16 Yanvar 2021, 20:59 Hərbi helikopter qəzaya uğradı 16 Yanvar 2021, 20:44 Rusiya bu ölkələrə uçuşları bərpa edir 16 Yanvar 2021, 20:29 Məsut Özil “Arsenal”dan ayrıldı 16 Yanvar 2021, 20:14 Zabratdakı yanğın söndürüldü 16 Yanvar 2021, 20:06