Modern.az

“Atəşkəsə nəzarət mərkəzində eyni sayda rus və türk hərbçilər olacaq”

“Atəşkəsə nəzarət mərkəzində eyni sayda rus və türk hərbçilər olacaq”

1 Dekabr 2020, 17:12

“Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarətlə bağlı birgə mərkəz barədə razılığa gəlib”.

 

Modern.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

 

Onun sözlərinə görə, Birgə mərkəzin şəxsi heyəti iki ölkədən bərabər həcmdə olacaq:

 

"Rusiya Müdafiə Nazirliyi və Türkiyənin Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-də imzalanan memoranduma əsasən, atəşkəsə nəzarətlə bağlı Birgə Rusiya-Türkiyə mərkəzinin yerləşdirilməsi və idarə edilməsinə dair razılıq əldə edilib. Mərkəz Azərbaycan ərazisində yerləşəcək. Birgə mərkəzin təşkilat strukturunda Rusiya və Türkiyə hərbçilərinin sayı bərabər olacaq”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi