Modern.az

Rusiyada kütləvi peyvəndləmə başlayır

Rusiyada kütləvi peyvəndləmə başlayır

Aktual

2 Dekabr 2020, 19:15

Rusiya Prezidenti Vladimir Putin Baş nazirin müavini Tatyana Qolikovaya gələn həftədən koronavirusa qarşı kütləvi peyvəndləmə aparmağı tapşırıb.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Putin gələn həftənin sonundan kütləvi peyvəndləmənin başlanmasını istəyib.

 

Qolikova əvvəlcə hazırlıq barədə məruzə etmək istəsə də, Putin "məlumat verməyin, başlayın”, deyib.

 

Xatırladaq ki, Rusiya dünyada ilk dəfə olaraq koronavirusa qarşı "Sputnik V" peyvəndini hazırlayıb. Bu peyvənd Putinin qızı və bir sıra dövlət rəsmiləri üzərində sınaqdan keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü